Lənkəranda dənizdə batan iki nəfər xilas edilib
Lənkəranda 16 yaşlı yeniyetmə qız və 20 yaşlı gənc dənizdə boğulma təhlükəsi ilə üzləşib.
azxeber.com Report-a istinadən xəbər verir ki, Xəzər dənizində boğulmaq təhlükəsi ilə üzləşənlərdən biri Masallı rayonunun Yeddioymaq kənd sakini, 2007-ci il təvəllüdlü yeniyetmə qızdır. Hadisə rayonun Sütəmurdov kəndində baş verib.
Digər hadisə isə şəhərin "Kiçik bazar" məhəlləsi deyilən ərazisində qeydə alınıb. Belə ki, Cəlilabad rayonundan Lənkərana qonaq gələn 2003-cü il təvəllüdlü Ramin Ramil oğlu Qurbanov dənizdə çimərkən batıb. Ətrafdakıların köməyi ilə onu sudan çıxarmaq mümkün olub.
Hər iki halda sakinlər təcili tibbi yardım xidmətinə məlumat veriblər. İlkin zəruri tədbirlər görüldükdən sonra xilas edilən şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yeniyetmə qızın ciyərlərinə su dolduğu bildirilir. Hər ikisinin vəziyyətləri ağır qiymətləndirilir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi