Leyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib - FOTO

Leyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib - FOTOLeyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib - FOTO
Noyabrın 22-də Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyeva Rusiya Federasiyasına səfəri çərçivəsində Gənclərlə İş üzrə Federal Agentliyin rəhbəri Aleksandr Buqayev və "Vahid Rusiya" Partiyasının "Gənc Qvardiya" təşkilatı ilə ikitərəfli görüşlər keçirib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, qurumlar arasında əməkdaşlıq və qarşılıqlı faydalı əlaqələrin inkişafı, Rusiyada yaşayan azərbaycanlı gənclərin bu ölkənin ictimai, siyasi, mədəni həyatında daha yaxından və fəal iştirakı, onların Rusiya cəmiyyətinə inteqrasiyasının təmin edilməsi məsələləri görüşlərin əsas müzakirə mövzusu olub.
Görüşlərdə, həmçinin istedadlı və ictimai fəal gənclərin innovativ ideya və təşəbbüslərinin təşviqi, gənc sahibkarların işgüzar fəaliyyətinin, o cümlədən onların təklif etdikləri startap layihələrinin dəstəklənməsi, eyni zamanda, forumlar, sərgilər və digər kütləvi tədbirlərdə birgə iştirakın təmin olunması sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, sağlam həyat tərzinin təbliği və onların intellektual potensialının artırılması sahəsində birgə tədbirlərin həyata keçirilməsi təklif olunub.
Gənclərin məşğulluğu mövzusuna toxunan tərəflər azərbaycanlı gənclərin Rusiyada işlə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilə biləcək tədbirlər barədə ətraflı fikir mübadiləsi aparıblar.
Azərbaycanda və Rusiyada həyata keçirilən dövlət gənclər siyasəti sahəsində əldə olunan nailiyyətlər, bu sahədə təcrübə mübadiləsinin, qarşılıqlı əlaqələrin inkişafı da müzakirə edilən mövzular arasında olub.
Leyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib - FOTOLeyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib - FOTOLeyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib - FOTOLeyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib - FOTOLeyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib - FOTOLeyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib - FOTOLeyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib - FOTOLeyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib - FOTOLeyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib - FOTO

Siyasi       Tarix: 23 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb


yeni xeberler azerbaycan xeberleri son xeberler ən son xəbərlər cəbhədən son dəqiqə son xabar son xeberler azerbaycan