Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşdü - FOTOLAR

Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşdü - FOTOLARHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkəmizdə səfərdə olan Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Monsenyor Covanni Çezare Paqatzinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
azxeber.com xəbər verir ki, görüş zamanı Heydər Əliyev Fondu ilə Vatikan arasında mövcud əməkdaşlıq sahələri, o cümlədən gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.
Qeyd edək ki, Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında əməkdaşlıq 2012-ci ildən etibarən həyata keçirilir.
Görüşdə Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında mövcud əməkdaşlığın inkişaf perspektivləri, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr və təşəbbüslər, həmçinin Vatikan arxivindəki fondların rəqəmsal mühafizəsi sahəsində birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.
Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Monsenyor Covanni Çezare Paqatzi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ötən il Müqəddəs Taxt-Taca səfəri çərçivəsində Vatikan Apostol Kitabxanası və Apostol Arxivini ziyarət etdiyini xatırladaraq, ötən illər ərzində Azərbaycan və Vatikan arasında, eləcə də Heydər Əliyev Fondu ilə geniş əməkdaşlığın qurulduğunu bildirib.
Qonaq Azərbaycana səfəri zamanı bir sıra qurumlarda görüşlər keçirildiyini, müzakirələr zamanı Vatikan kolleksiyalarında Azərbaycanla bağlı qorunan nadir əlyazmaların müəyyənləşdirilməsi, təhlili, tərcüməsi və rəqəmsallaşdırılması məsələlərinin diqqət mərkəzində olduğunu deyib.
Bildirilib ki, Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi ilə əməkdaşlıq çərçivəsində əlyazmaların bərpa edilməsi və onların rəqəmsallaşdırılmasına dair mövcud müqavilə üzrə Azərbaycanın tarixi və mədəni irsi, eləcə də türkdilli xalqların irsi ilə bağlı əhəmiyyətli əlyazmaların bərpası və rəqəmsallaşdırılması həyata keçirilib.
Ötən il Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası və Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında imzalanan anlaşma memorandumuna uyğun olaraq 2026-cı ildə azərbaycanlı alimlərdən ibarət nümayəndə heyətinin Vatikanda tədqiqatlar aparması nəzərdə tutulur. Tədqiqatlar Cənubi Qafqaz və Azərbaycan tarixi, eləcə də Ağqoyunlu və Səfəvi hökmdarlarının Roma papaları ilə diplomatik əlaqələrinə dair materialları əhatə edəcək.
Eyni zamanda, gələcəkdə azərbaycanlı tələbələrin Vatikanda kitabxanaçılıq və arxiv sahələri üzrə təhsil alma imkanları da müzakirə olunub.
Görüş zamanı Vatikan nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə olunub. Qonaqlar isə Vatikan arxivində XX əsrin əvvəlində Azərbaycan tarixinə aid saxlanılan sənədin surətini hədiyyə ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Monsenyor Covanni Çezare Paqatzi, həmçinin Heydər Əliyev Mərkəzindəki sərgilərlə tanış olublar. Klassik avtomobillər sərgisinə ziyarət zamanı Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov müxtəlif dövrlərə aid avtomobillər barədə qonağa ətraflı məlumat verib. Daha sonra qonaqlar su ehtiyatlarının qorunmasına çağırış edən "Mənim dənizlərim, mənim okeanlarım" sərgisi ilə tanış olublar. Qeyd edək ki, Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə təşkil edilən ekspozisiyada müasir rəssamların çirklənmə və həddindən artıq balıq ovundan tutmuş, bioloji müxtəlifliyin itirilməsinə qədər bir sıra qlobal problemləri əks etdirən əsərləri təqdim edilir. Əsərlərdə su həyatın, yenilənmənin və təsəvvürün mənbəyi kimi təsvir olunur.
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşdü - FOTOLARLeyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşdü - FOTOLARLeyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşdü - FOTOLARLeyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşdü - FOTOLARLeyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşdü - FOTOLARLeyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşdü - FOTOLARLeyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşdü - FOTOLARLeyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşdü - FOTOLARLeyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşdü - FOTOLARLeyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşdü - FOTOLARLeyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşdü - FOTOLAR

Siyasi       Tarix: 27 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind


yeni xeberler son xeberler azerbaycan xeberleri en yeni xeberler kriminal az xeber xeber.az