Leyla Əliyeva Yevlaxda "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb

Leyla Əliyeva Yevlaxda İyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlaxa səfəri çərçivəsində "Gənc arıçı" layihəsinin iştirakçısı Süleyman Süleymanovun ailəsini ziyarət edib.
KONKRET.azxəbər verir ki, Leyla Əliyeva gənc arıçının ailə üzvləri ilə səmimi söhbət edib, onların yaşayış şəraiti, arıçılıq sahəsindəki fəaliyyəti, əldə etdikləri ilk nəticələr və gələcək planları ilə yaxından maraqlanıb, həmçinin təsərrüfatda pendirin hazırlanması prosesində iştirak edib, ailəyə hədiyyələr təqdim edib.
Görüş zamanı "Gənc arıçı" layihəsi çərçivəsində yaradılmış arıçılıq təsərrüfatı, arı ailələrinin saxlanılması, bal istehsalı və təsərrüfatın gələcək inkişaf imkanları barədə məlumat verilib. Ailə göstərilən diqqət və dəstəyə görə Leyla Əliyevaya minnətdarlığını bildirib, ona arıçılıq məhsulları hədiyyə edib.
Xatırladaq ki, layihə iştirakçısı Süleyman Süleymanov 44 günlük Vətən müharibəsi və antiterror tədbirlərində iştirak edib. O "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.
Qeyd edək ki, 2021-ci ildən IDEA İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və "ABAD" publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən "Gənc arıçı" layihəsinin məqsədi biomüxtəlifliyin qorunmasına töhfə vermək, arıçılığın ekosahibkarlıq istiqaməti kimi inkişafını təşviq etmək, təbii bal istehsalını dəstəkləmək və gənc ailələrin maddi rifahının yaxşılaşdırılmasına kömək göstərməkdir.

Siyasi       Tarix: 02 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Ermənistan parlamenti TRIPP sazişini təsdiqlədi: Vaşinqtonla bağlı qalmaqallı sənəd qəbul olundu

Ermənistan parlamenti Ermənistan ilə ABŞ arasında "Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu" (TRIPP) layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişini rəsmən ratifikasiya edib. xəbər verir ki, Ermənista

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler son xəbər iqtisadiyyat xeberleri bugun hava haqqinda