Leyla və Alena Əliyevalar kitab təqdimatında - FOTOLAR

Leyla və Alena Əliyevalar kitab təqdimatında - FOTOLARAprelin 15-də Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın Leyla Əliyevanın dəstəyi ilə Azərbaycan, rus, ingilis və fransız dillərində çap olunmuş "İrəvan: tarixin və itirilmiş irsin əks-sədası" kitabının təqdimatı keçirilib.
azxeber.com xəbər verir ki, təqdimat mərasimində Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər.
Tədbirdən əvvəl Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik və ictimai xadim Zərifə Əliyevanın anım günü ilə əlaqədar xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova çıxış edərək, təqdim olunan kitabın maraqlı və əhəmiyyətli olduğunu vurğulayıb, onun məhz bu məkanda təqdim olunmasından məmnunluğunu ifadə edib.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud İçərişəhərin yalnız turizm deyil, eyni zamanda, incəsənət, yaradıcılıq və intellektual mərkəz kimi mühüm əhəmiyyətə malik olduğunu deyib, bu cür tədbirlərin keçirilməsinin həmin funksiyanın təzahürü olduğunu bildirib.
AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin rəhbəri, kitabın redaktoru Cəbi Bəhramov layihənin həm tarixi, həm də hüquqi baxımdan mühüm əhəmiyyət daşıdığını xatırladıb, İrəvanın qədim tarixə malik olduğunu və bölgədəki toponimlərin mənşəyinin çox qədim dövrlərə təsadüf etdiyini vurğulayıb.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva isə çıxışında belə kitabların hazırlanmasının və ictimaiyyətə təqdim olunmasının vacibliyini xüsusi qeyd edib.
Kitabın müəllifi Fəridə Səfiyeva irəvanlı olduğunu xüsusi vurğulayaraq, bu əsəri yazmağın onun üçün, sadəcə, elmi fəaliyyət deyil, həm də mənəvi məsuliyyət və borc olduğunu deyib. O qeyd edib ki, doğma yurdunun tarixi, mədəni irsi və yaddaşı ilə bağlı həqiqətlərin qorunub gələcək nəsillərə çatdırılması hər bir irəvanlının üzərinə düşən mühüm vəzifədir.
Tədbir bədii hissə ilə davam edib, iştirakçılara maraqlı və zəngin mədəni proqram təqdim olunub.
Qeyd edək ki, kitab İrəvan şəhərinin Azərbaycan xalqına məxsus qədim sivilizasiya və mədəniyyət mərkəzi olduğunu elmi əsaslarla sübut etməyə yönəlib. Əsərdə şəhərin çoxəsrlik tarixi, zəngin mədəni irsi və onun formalaşmasında mühüm rol oynamış şəxsiyyətlərin həyat və yaradıcılığı geniş şəkildə tədqiq olunur. XIX–XX əsrlərdə baş vermiş faciəvi hadisələr nəticəsində İrəvanın azərbaycanlı kimliyinin məqsədyönlü şəkildə silinməsinə cəhd göstərilməsinə baxmayaraq, onun həqiqi siması arxiv sənədlərində, fotoşəkillərdə və elmi mənbələrdə öz əksini tapıb. Bu tədqiqat əsəri həmin həqiqətlərin bərpasına, İrəvanın unudulmuş Azərbaycan milli-mədəni irsinin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına xidmət edən mühüm elmi mənbədir.
Leyla və Alena Əliyevalar kitab təqdimatında - FOTOLARLeyla və Alena Əliyevalar kitab təqdimatında - FOTOLARLeyla və Alena Əliyevalar kitab təqdimatında - FOTOLARLeyla və Alena Əliyevalar kitab təqdimatında - FOTOLARLeyla və Alena Əliyevalar kitab təqdimatında - FOTOLARLeyla və Alena Əliyevalar kitab təqdimatında - FOTOLARLeyla və Alena Əliyevalar kitab təqdimatında - FOTOLARLeyla və Alena Əliyevalar kitab təqdimatında - FOTOLAR

Sosial       Tarix: 16 aprel 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Küləkli hava ilə bağlı - Xəbərdarlıq

Avqustun 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. "Qafqazinfo" ya istinadən xəbər verir ki, bu haqda Mill

Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək

Ağstafa rayonunda şəhid ailələri və əlilliyi olan şəxslərin mənzillə təmin olunması üçün 9 mənzil alınması nəzərdə tutulur. -ə istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyi tərəfindən bu məqsədlə 66 min manat vəsai

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


yeni xeberler son xeberler azerbaycan xeberleri son xabar xeberlər son xəbərlər azərbaycanda kriminal bugun