Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Martın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.
azxeber.com xəbər verir ki, tədbirdə Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iştirak ediblər.
İftar mərasimi "Qurani-Kərim"dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Ramazan ayının əhəmiyyəti barədə danışıb, Azərbaycandakı dövlət-din münasibətləri və dini tolerantlıq mühitini qeyd edib.
Bildirib ki, Azərbaycan dünyada İslam dəyərlərini, maraq və mənafelərini müdafiə edən, İslam həmrəyliyinə mühüm töhfələr verən, islamofobiyaya qarşı qətiyyətli mövqe nümayiş etdirən dövlətdir.
Sonra Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri və digər qonaqlar çıxış ediblər. Çıxışlarda Azərbaycanın beynəlxalq səviyyədə dinlər və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində atdığı addımlar yüksək qiymətləndirilib, ölkəmizin bu sahədə nümunəvi model formalaşdırdığı vurğulanıb.
Daha sonra iftar süfrəsi açılıb.
















Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma