Lirə sürətlə ucuzalaşır, dəyər itirir – Manatın aqibəti necə olacaq? (TƏHLİL)

Lirə sürətlə ucuzalaşır, dəyər itirir – Manatın aqibəti necə olacaq? (TƏHLİL)"Türkiyə Mərkəzi Bankı uçot stavkasının azaldılması barədəqərar qəbul edib. Qardaş ölkədə uçot dərəcəsi 18%-dən 16%-ə qədər endirilib".
Azxeber.comxəbər verir ki, bunu Milli MəclisindeputatıVüqar BayramovTürkiyə Mərkəzi Bankının qərarından danışarkəndeyib.Deputat Mərkəzi Bankın bu qərarının lirəni qoruya biləcəyini belə əsaslandırıb:
"1 ay öncə 1 dollar almaq üçün 8.6 lirə ödəmək lazımidisə, indi bu rəqəm 9.55-dək dəyişib. Faktiki olaraq, lirə 1 ay ərzində 10faizdən çox dəyər itirib. Mərkəzi Bankın son qərarına rəğmən, lirə ucuzlaşmaqdadavam edir. Lirənin uculaşmasının əsas səbəbləri Türkiyənin cari hesablaşmalarbalansındakı kəsir və özəl sektorun böyük həcmdə xarici borclanması olsa da,siyasi faktorlar da az təsirə malik deyil. Bu baxımdan, hələlik Mərkəzi Bankınuçot stavkası aləti ilə vəziyyətin kardinal dəyişəcəyinə ümid edənlər çoxdeyil".
Bəs Türkiyə lirəsinin ucuzlaşması Azərbaycan iqtisadiyyatınanecə təsir edəcək?
Vüqar Bayramov bildirib ki, türk lirəsinin ucuzlaşması Azərbaycanınticarət dövriyyəsinə ciddi təsir göstərmir:
"Türkiyə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyükticarət tərəfdaşıdır. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 2020-ciildə 4,5 milyard ABŞ dollarına yaxın olub. Eyni zamanda Türkiyə Azərbaycanınqeyri-neft ixracatında Rusiyadan sonra ikinci ən böyük tərəfdaşdır. Azərbaycanınqeyri-neft ixracatının təxminən 33 %-ə yaxını Türkiyə bazarına yönəlib. AzərbaycanTürkiyə ilə ticarət dövriyyəsində təxminən 1,7 milyard ABŞ dolları həcmindəmüsbət saldoya malikdir və biz həm ümumi ticarət dövriyyəsi, həm də qeyri-neftixracatında Türkiyəyə ixrac edilən və Türkiyədən idxal edilən məhsullarınstrukturuna diqqət yetirsək, türk lirəsinin ucuzlaşmasının bizim ticarətdövriyyəmizə ciddi təsir göstərməyəcəyini görəcəyik. Çünki Azərbaycanla Türkiyəninticarət dövriyyəsində enerji ixracatının payı yenə yüksək olaraq qalır. 2021-ciildə də bu iki dövlət arasında enerji sahəsində əməkdaşlıq yüksək olacaq"
Deputat əlavə edib ki, 2021-ci ildə Azərbaycan Türkiyəyə səkkizmilyard kubmetr təbii qaz nəql edəcək:
"Qazın qiyməti və ödəniş valyutası məhz ABŞ dolları iləmüəyyənləşdirildiyinə görə milli valyutadakı məzənnə dəyişikliyi buna təsirgöstərmir. Eyni zamanda, Türkiyəyə ixrac etdiyimiz qeyri-neft məhsullarımüqayisəli üstünlüyə malikdir və lirənin dəyər itirməsi də bizim Türkiyəyəümumi qeyri-neft ixracatımıza təsir etməyəcək. Amma Türkiyə lirəsininucuzlaşması Türkiyədən Azərbaycana idxal edilən məhsulların xərcinin azalmasınavə Türkiyədən daha çox məhsulun idxal edilməsinə gətirib çıxara bilər. Nəticəetibarilə güman edilir ki, Türkiyədə infilyasiya optimallaşarsa, qardaş ölkəninməhsulları dünya və Azərbaycan bazarında ucuzlaşacaq. Çünki lirə dəyər itirməkdədavam edərsə, digər xərclərdə, xüsusilə istehsal xərclərində lirə ifadəsində dəyişiklikbaş verməzsə, bu, həmin məhsulların digər valyutalarda, o cümlədən Azərbaycanmanatında xərcinin azalmasına və ucuzlaşmasına gətirib çıxara bilər. O baxımdangüman olunur ki, lirənin ucuzlaşması davam edərsə, Türkiyədən Azərbaycanaidxalın həcmində də artımlar ola bilər. Eyni zamanda bu, istehlak bazarındatürk mallarının qiymətinin aşağı düşməsinə gətirib çıxara bilər".
Lirənin ucuzlaşmasının manatın məzənnəsinə necə təsir göstərəcəyinəgəlincə, Vüqar Bayramov hesab edir ki, manatın məzənnəsinə təsir göstərən əsasiqtisadi faktor ölkəyə daxil olan və eləcə də Dövlət Neft Fondu vasitəsi iləbazara çıxarılan valyutanın həcmi olsa da, əsas ticarət tərəfdaşlarımızda millivalyutalarln vəziyyəti də diqqətə alınan amillərdəndir:
"Doğrudur, bütün bu səbəblər fonunda əsas qərarvericiqurum Mərkəzi Bank olaraq qalır. Mərkəzi Bank üzən məzənnə rejiminə keçmədiyiüçün məzənnəyə birbaşa təsir imkanlarını qoruyub saxlayır. Bu baxımdan, növbətidövrdə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq".

İqtisadiyyat       Tarix: 22 oktyabr 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də


yeni xeberler son xeberler azerbaycan xeberleri cebheden xeber meherremlik 2026 son xeberler azerbaycan sonxabar