Litva Azərbaycanı Avropa-Çin marşrutu üzrə yükdaşımalar sahəsində tərəfdaşlığa dəvət edir
Litva Azərbaycana Avropa-Çin marşrutu üzrə yükdaşımalarda tərəfdaşlıq barədə məsələni nəzərdən keçirməyi təklif edir.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Litvanın Nəqliyyat və Rabitə Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, Litva-Azərbaycan əməkdaşlığının vacib məqamı Azərbaycanın Baltik, Qara, Aralıq və Xəzər dənizlərinin konteyner xətlərini birləşdirən "Vikinq qatarı" beynəlxalq layihəsinə qoşulmasıdır:
"Bundan başqa, Litva Azərbaycana TRACECA Avrasiya nəqliyyat multimodal dəhlizi ilə (Dostık limanı - Aktau - Bakı (Ələt) - Gürcüstan limanları, daha sonra dənizlə Türkiyə və Ukrayna limanları və ya quru ilə Gürcüstan və Türkiyə) Litva istiqamətində "Vikinq" qatarı ilə, daha sonra Klaypeda limanı vasitəsi ilə Qərbi və Şərqi Avropaya getməklə Avropa-Çin marşrutu üzrə yükdaşımalarda tərəfdaşıq məsələsini nəzərdən keçirməyi təklif edir".
Nazirlikdən bildiriblər ki, ölkələrimiz avtomobil və yükdaşımaları sahəsində əməkdaşlığı genişləndirmək və Azərbaycanla Litva hökumətləri arasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində əməkdaşlıq barədə saziş imzalamaq niyyətindədir:
"Həmçinin, ölkəmiz Azərbaycan hökuməti ilə Litva hökuməti arasında dəniz daşımaları haqqında sazişin layihəsinin razılaşdırılması prosesini davam etdirir".
Milli.Az /news.milli.az
Xidmetler [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar