Lizinqə maşın alanların nəzərinə - Açıqlama

Lizinqə maşın alanların nəzərinə - AçıqlamaAvtomobil bazarında bahalı nəqliyyat vasitələrinin cəmi kiçik məbləğdə ilkin ödənişlə kreditə təklif edilməsi halları artıb. Bu cür kampaniyalar alıcılar üçün cəlbedici görünsə də, müqavilə şərtləri və ümumi kredit yükü ilə bağlı müəyyən risklər yarada bilər.
Baha avtomobili aşağı ilkin ödənişlə kreditə alan şəxs hansı məqamlara xüsusi diqqət yetirməlidir? 
İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında lizinq və ya hissə-hissə ödənişlə avtomobil alarkən vətəndaşın ilk növbədə ümumi məbləğə diqqət yetirməli olduğunu deyib.
Onun sözlərinə görə, əsas məsələ nağd qiymətlə müqayisədə ümumilikdə nə qədər artıq ödəniş edəcəyini müəyyənləşdirsin:
"Yəni əlavə faiz və digər ödənişlərin yükünü hesablasın. Bunun üçün avtomobilin nağd satış qiymətini hissə-hissə ödəniş zamanı formalaşan yekun məbləğlə müqayisə etmək kifayətdir. Məsələn, avtomobil nağd alındıqda 10 min manata başa gəlirsə, lakin hissə-hissə ödənişlə ümumi ödəniş 15 min manata çatırsa, aradakı fərq alıcının əlavə maliyyə yüküdür. Bu məbləği ödəniş müddətinə uyğun hesablayaraq real faiz yükünü də təxmini müəyyən etmək mümkündür. Çünki bəzi hallarda müxtəlif komissiyalar və aylıq xidmət haqları altında əlavə faiz yükü gizlədilə bilər. Kasko sığortasına da ayrıca yanaşmaq lazımdır. Kredit və ya lizinq zamanı Kasko sığortası adətən məcburi şərt olur. Bunun səbəbi avtomobilin girov predmet olması və sığortalanmamasının maliyyə qurumu üçün ciddi risk yaratmasıdır. Ona görə də Kasko xərci ümumi ödənişi artırsa da, bu, kredit faizi deyil, ayrıca sığorta məhsuludur".
Xalid Kərimlinin fikrincə, ikinci vacib məsələ aylıq ödənişlərin alıcının maliyyə imkanlarına uyğun olub-olmamasıdır:
"Vətəndaş əvvəlcədən hesablamalıdır ki, aylıq ödənişləri rahat şəkildə ödəyə biləcəkmi, yoxsa bu öhdəlik gündəlik xərclərinə və ailə büdcəsinə mənfi təsir göstərəcək. Həmçinin nəzərə almaq lazımdır ki, ilkin ödəniş nə qədər az olarsa, aylıq ödənişlərin məbləği bir o qədər yüksək olur. Bundan əlavə, aşağı ilkin ödəniş zamanı faiz dərəcəsinin də daha yüksək olması ehtimalı artır. Çünki bu halda maliyyə qurumu üçün risk daha çox qalır. Bu məqamlara diqqət yetirmək lizinq və ya hissə-hissə ödənişlə avtomobil alarkən düzgün qərar verməyə kömək edəcək əsas amillərdəndir". / azxeber.com

Sosial       Tarix: 04 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

2027-ci ildən fermerlərə böyük dəstək: Yeni subsidiya məbləğləri

2027-ci ildən kənd təsərrüfatı üzrə subsidiya siyasətində yeni mərhələ başlayır. Aqrar Subsidiya Şurasının təsdiqlədiyi yeni mexanizmlə dövlət dəstəyinin həm istiqamətləri, həm də əhatə dairəsi genişləndirilir. Daha məhsulda

Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) əməkdaşlarının sağlamlığının mühafizəsi və tibbi təminatı Daxili İşlər Nazirliyinə (DİN) həvalə olunub. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qəra

Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır

Barmağımızın biri zədələnəndə onu kəsib atırıq, yoxsa müalicə edib sağaltmağa çalışırıq? Övladımız səhv bir hərəkət edəndə onu övladlıqdan silirik, yoxsa səhvini başa salıb düzgün yola gətirməyə çalışırıq?. Əslində, həyatı

Hamamda bədbəxt hadisə: 64 yaşlı qadın öldü

Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyan

Bu günün valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, sentyabrın 18-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat təşkil edib. Türkiyə lirəsi 0,0348 manatadək, Rusiyanın 100 rublu 2,013

Bakıda kirayə qalan ailələrə XƏBƏRDARLIQ

Bakıda kirayə mənzil tutmaq ailə büdcəsinin ən böyük xərclərindən birinə çevrilib. Xüsusilə 4 nəfərlik ailələr üçün kirayə haqqına ərzaq, kommunal ödənişlər, nəqliyyat və digər gündəlik xərclər də əlavə olunur. Bəs bir ailəni

Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq

Geniş istifadə olunan ağrıkəsici preparatlardan biri sağlamlıq üçün təhlükə yarada bilər. "ölkə.az"a istinadən xəbər verir ki, bu barədə həkim Sara Marin Berbell danışıb. Onun sözlərinə görə, insan ağrı hiss etdikd

DTX-nin saxladığı 'Çevik' ləqəbli tiktoker həbs edildi

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Bağırov Məqsəd Məcid oğlu və Bilalov Kamran Ramiz oğlu barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. xəbər verir ki, onlara Azərbaycan Respublikası Cinayə

Tanınmış azərbaycanlı iş adamı vəfat etdi - FOTO

Tanınmış iş adamı, "Naftalan" Sanatoriya-Kurort Birliyinin direktoru Hatəm Qocayev vəfat edib. xəbər verir ki, bu barədə iş adamının üzv olduğu Yeni Azərbaycan Partiyasının (YAP) Naftalan Şəhər Təşkilatı məluma


son xeberler yeni xeberler azerbaycan xeberleri sou biznes ən son xəbər xəbər hava