Lotereyalar bu məqsədlə istifadə olunurmuş?

Lotereyalar bu məqsədlə istifadə olunurmuş?Kiçik bir biletlə reallaşan böyük xəyallar… Lotereya sadəcə oyun olmaqla qalmır, bəzən də insanın arzularını, cəsarətini və hətta taleyini dəyişən vasitəyə çevrilir. Bəs bu oyunun tarixi, keçmişdən bu günə inkişaf yolu və cəmiyyətə təsirləri barədə nələri bilirik?
Lotereya nədir?
Niderland mənşəli lotereya sözü 15-ci əsrdən istifadə olunmağa başlayıb. Sözün kökü "lot" -  "şans", "pay", "hissə" mənalarında işlənir. İlk vaxtlarda təsadüf və ya taleyi ilə bir şeyə qərar vermək üsuluna istinad etsə də, zamanla şans əsasında mükafat qazanılan kütləvi oyuna çevrilib.
Qədim dünyada lotereya
Lotereyanın tarixinə gəlincə, ilkin formaları qədim Roma və Çində tətbiq edilib. İlk lotereya tipli oyunun eramızdan əvvəl 100-cü ildə Çində Xan sülaləsi tərəfindən təşkil edildiyi bilinir. Qədim Çin sivilizasiyasında "Keno" adlanan oxşar oyun formaları köhnə şaolin yazılarında qeyd olunur. Tarixi salnamələrə görə, qədim Romada da Yuli Sezar tərəfindən müxtəlif lotereyalar təşkil edilib. Lotereyalardan əldə edilən vəsaitlər yolların, körpülərin və binaların təmirinə sərf olunub.
İlk lotereya oyunu – KENO
"Keno" lotereyasının tarixinin qədim Çində, təxminən 2000 il əvvəl qoyulduğu iddia olunur. Əfsanəyə görə, "Keno" ilk dəfə müharibələr zamanı maliyyə dəstəyini təmin etmək üçün yaradılıb. "Ağ göyərçin" (Baige Piao) adı ilə tanınan oyunun gəlirləri Böyük Çin Səddi kimi layihələrdə istifadə edilib.
19-cu əsrdə Çindən ABŞ-a, daha sonra Avropaya yayılan oyunda Çin simvolları rəqəmlərlə əvəz olunub. Hazırda bir çox ölkələrdə populyar olan "Keno"da oyunçular müəyyən sayda rəqəm seçir və bu rəqəmlərin tirajla uyğun olub-olmadığını yoxlayırlar.
Avropada ilk lotereya oyunları
Avropada lotereya oyunlarının keçirilməsi 15-ci əsrə təsadüf edir. İlk rəsmi lotereya tirajı 1466-cı ilin 24 fevralında Belçikanın Brügge şəhərində baş tutub. Flamand rəssamı Yan Van Eykin ölümünün 25-ci il dönümü ilə bağlı həyat yoldaşı lotereya keçirib. Bu addım imkansız insanlara kömək məqsədilə keçirilsə də, lotereyanın qalibləri müxtəlif pul uduşları qazanıblar.
İtaliyanın Florensiya şəhərində isə 1530-cu ildə "De Lotto De Firenze" adlı lotereya keçirilib. Bu lotereyada pul uduşları rəsmi olaraq valyuta ilə ödənilib. Bundan sonra bu lotereya İtaliyanın bütün iri şəhərlərində keçirilməyə başlayıb.
1539-cu ildə Fransada Kral I Fransisk bu konsepsiyanı rəsmi olaraq dəstəkləyərək dövlət xəzinəsini doldurmaq üçün lotereya oyunlarını tətbiq edib. 18-ci yüz illikdə Fransada "Lo Giuoco del Lotto D"Italia" adlı lotereya oyunu yayılaraq böyük rəqabət qazanıb. Fransızlar bu oyunu "Le Lotto" adlandırıblar.
Amerikaya çatan lotereya
Daha sonra loteteya oyunları Avropadan Amerikaya çatıb. Amerika koloniyalarında universitetlərin, kilsələrin və yolların tikintisi lotereyalardan qazanılan gəlir hesabına həyata keçirilib.
XIX-XX əsrlərdə isə lotereyalar əyləncə sektorunun bir hissəsi olaraq daha populyar hal alıb. Xüsusilə tirajlı lotereyalar texnoloji tərəqqi və şəffaf nizamlanma mexanizmləri sayəsində məşhurluq qazanıb. Bu oyunlar xüsusən Avropa və Amerikada ictimai rifaha maliyyə dəstəyi kimi vacib rol oynayıb.
Azərbaycanda isə tirajlı lotereyaların yaranması sovet dövrünə təsadüf edir. Keçmiş SSRİ-də isə 1921-ci ildən etibarən müxtəlif lotereyaların keçirilməsinə start verilib. O zamanlar "Sportloto" və "Sprint" lotereyaları kütləvi populyarlığı ilə diqqəti çəkib olub. Sovet idarəetməsi altında lotereya oyunları iqtisadiyyata dəstək olmaq, eyni zamanda mədəniyyət və idman sahələrinə maliyyə toplamaq üçün istifadə edilib. 1940-50-ci illərdə ölkə daxilində lotereya qazancı hesabına müdafiə fondlarına dəstək verilib.
Azərbaycanda lotereyanın tarixi
Lotereya oyunları Azərbaycanda ötən əsrin 90-cı illərindən geniş yayılmağa başlayıb. Bir anda məşhurlaşan "Loto" oyunu həvəskar formatda ailə və dost məclislərinin əsas əyləncəsinə çevrilən bu ənənə indiyədək qorunub saxlanılır. Pul və maşın hədiyyələrinin təqdim olunduğu müxtəlif lotereya oyunları isə əvvəllər özəl şirkətlər tərəfindən təşkil edilsə də, bu çox çəkməyib. 2001-ci ildə ölkə prezidentinin fərmanı ilə Azərbaycanda lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquq və mənafelərini qorumaq, lotereyaların keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılması məqsədi ilə "Azərlotereya" ASC yaradılıb.
Azərbaycanda tirajlı lotereya oyunlarına çoxçeşidli mükafat sistemləri və şəffaf idarəetmə mexanizmləri sayəsində hər zaman böyük maraq var. Bu oyunlar bütün dünyada olduğu kimi ölkəmizdə də xeyriyyə fondlarına maliyyə toplamaq üçün əsas vasitə kimi diqqətə layiqdir. Lotereyadan yığılan maliyyə hesabına bir çox sosial infrastruktur layihələri həyata keçirilir.
Ölkəmizdə 2002-ci ildə "Ailə sevinci", "Qismət açarı", "Yay sevinci", "Uğurlu rəqəm" və "Binqo+" tirajlı lotereyaları təsis edilib. İllər ərzində çox sayda yeni tirajlı lotereya oyunları təqdim olunub, müxtəlif cekpotlar qazanılıb. Amma Azərbaycan lotereya tarixinin ən böyük cekpotu 2023-cü ildə Xaçmazda udulub. 913 072 manat "4+4" tirajlı lotereyasında qazanılıb. İkinci dəfə də "4+4" tirajlı lotereyasında 530 359 manatlıq cekpot Saatlıda udulub. 2024-cü ildə isə Qazaxda "Meqa 5/36" lotereyasından 425 364 manatlıq cekpot sahibini sevindirib.
Müasir tirajlı lotereyalar
Hazırda "Meqa 5/36" oyununu "Beşdə 5" lotereyası əvəzləyib. Bu oyunda 36 rəqəm arasından sevdiyin 5 rəqəmi seçərək hər gün 50 000 manat böyük uduş qazanmaq şansı var. Həmçinin "4+4" tirajlı lotereyasında 500 000 manatdan çox cekpot məbləği şanslı qalibini gözləyir.
Yeri gəlmişkən, Azərbaycanda "Keno" oyunun da 2 növü təqdim edilir:  Super Keno və Ekspres Keno. Hər iki oyunda böyük uduşun məbləği 1 000 000 manatdır.
Lotereyalar barədə daha ətraflı məlumat üçün rəsmi saytına daxil ola bilərsiniz. Kim bilir, bəlkə də, lotereya oyunlarında növbəti qaliblərdən biri də siz oldunuz, necə deyərlər, şansınızı sınamağa dəyər.
Lotereyalar bu məqsədlə istifadə olunurmuş?Lotereyalar bu məqsədlə istifadə olunurmuş?Lotereyalar bu məqsədlə istifadə olunurmuş?Lotereyalar bu məqsədlə istifadə olunurmuş?Lotereyalar bu məqsədlə istifadə olunurmuş?Lotereyalar bu məqsədlə istifadə olunurmuş?/ azxeber.com

İqtisadiyyat       Tarix: 13 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi


son xeberler yeni xeberler azerbaycan xeberleri iqtisadiyyat xeberleri bugun ən son xəbərlər bugün xeber.az bu gun son xeber 2026