"Lotu Qulinin" yaxınını öldürən "Lənkəranskinin" adamı hakim qarşısında
"Lotu Qulinin" yaxınını öldürən "Lənkəranskinin" adamı hakim qarşısında
Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zaur İsmayılovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti və apellyasiya protestinə baxılıb.
"Report"un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, hadisə 2018-ci ilin dekabrın 29-da Bakının Keşlə qəsəbəsində baş verib. Z.İsmayılov "Hyundai" markalı avtomobili idarə edən Tural Babayevi və sərnişin Asif Bağırovu güllələyib. Nəticədə T.Babayev hadisə yerində ölüb. A.Bağırov isə 1 saylı Şəhər Kliniki Xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.
Hadisədən sonra Z.İsmayılov könüllü olaraq Nizami Rayon Polis İdarəsinə gedərək təslim olub və cinayəti törədərkən istifadə etdiyi "Kalaşnikov" markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olmasını bildirib.
Məlumata görə, Z.İsmayılov vaxtilə "qanuni oğru" Rövşən Caniyevin ("Rövşən Lənkəranski" - 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilib) rəhbərlik etdiyi kriminal qruplaşmaya daxil olub. Qətlə yetirilən T.Babayev isə digər "qanuni oğru" Nadir Səlifovun ("Lotu Quli" - 2020-ci ilin avqustun 19-dan 20-ə keçən gecə Antalyada öldürülüb) klanına daxil olub.
Hadisənin kriminal qruplaşmalar arasında "hesablaşma" zəminində baş verdiyi bildirilir.
Z.İsmayılovun barəsində qəsdən adam öldürmə, iki və daha artıq şəxsi qəsdən öldürməyə cəhd və qanunsuz olaraq odlu silah saxlama maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.İsmayılov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verib. /oxu.az

Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
İsraildən ŞOK HƏDƏ: "Tehranı azad edəcəyik"
Kreml nöqtəni qoydu: "Qara dənizdəki gəmilər məhv ediləcək"
Britaniya və ABŞ rusiyalıları döyüşə hazırlayır? — SENSASİYA