Lukaşenko Özbəkistanı dərs çıxarmağa dəvət etdi
Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin Qazaxıstandakı vəziyyətlə bağlı videokonfrans formatında keçirilən növbədənkənar sessiyasında Özbəkistan hökumətinə səslənib.
"Baş verən hadisələrdən hər kəsdən öncə Özbəkistan nəticə çıxarmalıdır. Əgər onlar bunu etməsə, bizdə olan məlumatlara görə, onların (Qazaxıstandakı kütləvi etiraz aksiyalarının təşkilatçılarını nəzərdə tutur - red.) baxışları Özbəkistana yönəlib" - deyə Aleksandr Lukaşenko vurğulayıb.
A.Lukaşenko söyləyib ki, Qazaxıstan və ümumilikdə Mərkəzi Asiyanın postsovet respublikaları ətrafında vəziyyəti gərginləşdirmək istəyən çox sayda qüvvə cəmləşib.
"Qazaxıstanla sərhəddə çoxlu sayda beynəlxalq terrorçu toplanıb. Postsovet respublikalarında bu mənfi tendensiyaları aradan qaldırmaq üçün, indiki halda Qazaxıstanda olan problemi yalnız Qazaxıstan çərçivəsində həll etmək kifayət etmir. Gördüyümüz kimi, ən yaxın xalqlar - qazaxlar və qırğızlar postsovet dövründən miras qalmış və yaradılmış çətin problemləri birlikdə həll etməyə çalışmalıdırlar" - deyə 67 yaşlı siyasətçi vurğulayıb.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı