Lukaşenko Paşinyanı tənqid edib: 'Bu gün qərar verməsəniz, daha pis olacaq

Lukaşenko Paşinyanı tənqid edib: 'Bu gün qərar verməsəniz, daha pis olacaqBelarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirak etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında Azərbaycan-Ermənistan arasındakı gərginlikdən danışıb.
Dövlət başçısının çıxışından parçaları Prezidentin Mətbuat Xidmətinə yaxın olan "Pul Pervoqo" teleqram kanalı dərc edib.
Aleksandr Lukaşenko hər iki ölkəni dost ölkə adlandırıb və bütün məsələləri Azərbaycanın hazırkı rəhbərliyi ilə həll etməyə çağırıb.
Dövlət başçısı Azərbaycanı və KTMT üzvü olan Ermənistanı dost ölkələr hesab edir və bəyan edib ki, KTMT üzvlərinə və Azərbaycana qarşı çıxmaq mümkün deyil:
"Məsələ çox həssas və kövrəkdir. Məsələ sadəcə bir tərəfdən KTMT-nin, digər tərəfdən isə Azərbaycanın olması deyil. Bunlar bizim iki dost ölkəmizdir. Bəli, onlar həqiqətən bir dövlətdə idilər. Amma bundan da çox, biz MDB-nin üzvüyük. Azərbaycan və Ermənistanla birlikdə. Bizə yaxın olan pravoslav Ermənistanla və bizə çox yaxın olan müsəlman Azərbaycan dövləti ilə çox sıx əlaqələrimiz var. Bu, KTMT-nin digər üzvləri, o cümlədən 30 milyon müsəlmanın olduğu Rusiya Federasiyası üçün xüsusilə həssasdır. Yəni bütün nüanslar, bütün amillər nəzərə alınmalıdır".
A.Lukaşenkonun fikrincə, Azərbaycan KTMT-də heç kimə düşmən deyil: "Məgər Azərbaycan burada olan dövlət və dövlət başçılarına hansısa düşmən və ya rəqibdir? Yox. Prezident Putinin dediyini təsdiq edirəm ki, həm Ermənistan, həm də Azərbaycan bizim doğma dövlətlərimizdir. Vəziyyətin özəlliyi də budur. Biz bunu gözardı edə bilmərik. Ona görə də bir tərəfdən KTMT-də "Bizimləsiniz, ya yox?" sualını qaldırmaq, digər tərəfdən isə Azərbaycan - olmaz.
O, tərəfləri yekdil fikrə nail olmağa, bu yekdil fikri "baxmadan" dəstəkləyəcəyini vurğulayıb.
Belarus lideri KTMT üzvlərinə "öz mövqelərini müəyyənləşdirməyi" təklif edən Nikol Paşinyanı da tənqid edib:
"Siz tələb etdiniz ki, öz mövqeyimizlə bağlı qərar verək. Siz bizim mövqeyimizi bilmirsiniz? Biz qonşu dövlətlər arasında münaqişənin sülh yolu ilə həll olunmasını istəyirik. İkinci qaldırdığınız sual: Ermənistanın ərazi bütövlüyünü bərpa etmək üçün mənə yol xəritəsi verin. Hansı yol xəritəsi? Mən sizə dərhal cavab verim: İlham Əliyevlə oturun, lazım gəlsə, Rusiya Prezidentindən xahiş edən, qərar verin. Bu gün qərar verməsəniz, daha pis olacaq".
///Report / azxeber.com

Siyasi       Tarix: 29 oktyabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl


yeni xeberler azerbaycan xeberleri son xeberler sosial yardim iqtisadiyyat xeberleri bugun bugünki xəbərlər cəbhədən son görüntülər