Lukaşenko: "Priqojinə təhlükəsizlik təminatı verməmişəm"

Lukaşenko: Belarus Prezidenti Aleksandr Lukaşenko "Vaqner" xüsusi hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinə təhlükəsizlik təminatı vermədiyini bəyan edib.
KONKRET.az "Belta"ya istinadən xəbər verir ki, Prezident Rusiyada 24 iyun hadisələrindən sonra Yevgeni Priqojinin təhlükəsizliyinə təminat vermədiyini xatırladıb. Onun sözlərinə görə, "Vaqner" qrupunun rəhbəri onunla təhlükəsizlik təminatı məsələsini müzakirə etməyib.
A.Lukaşenko, həmçinin deyib ki, o, Priqojini iki dəfə mümkün mənfi nəticələrlə bağlı xəbərdar edib, lakin Priqojin risk etmək istədiyini deyib. Prezident onu da bildirib ki, qiyam zamanı Priqojinlə telefonla danışıb, onun və tərəfdarları üçün ölüm riski barədə xəbərdarlıq edib.
"Onlar cəhənnəmə, mən öləcəyəm!" deyə Lukaşenko Priqojinin sözlərini sitat kimi göstərib. "Mən ona deyirəm: "Jenya, mən sənə bir kəndir və sabun göndərəcəm. O isə xeyr, yox. Mən bunu istəmirəm. Qəhrəman kimi öləcəyəm" dedi. İkinci dəfə bu mövzu o, Dima Utkin ilə yanıma gələndə oldu. Mən onların hər ikisinə qəti şəkildə xəbərdarlıq etdim – "Uşaqlar, baxın", – deyə A.Lukaşenko vurğulayıb.
Belarus Prezidenti onu da bildirib ki, "Vaqner" Belarus ərazisində qalacaq:
"Özək burada qalır – kimlərsə tətilə getdi, kənarda yaşamaq qərarına gələnlər oldu. Nə qədər ki, bu birliyə ehtiyacımız var, onlar bizimlə yaşayıb işləyəcəklər".
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin "Vaqner"ə ya Rusiya Müdafiə Nazirliyinin nəzdində xidmət etməyi, ya da Belarusa getməyi, ya da sadəcə olaraq ailə və dostlarının yanına qayıtmağı təklif edib.
Öz növbəsində Lukaşenko qeyd edib ki, "Vaqner"in Belarusda yerləşdirilməsi ideyası onun təşəbbüsü olub və buna görə peşman deyil.//Report

Siyasi       Tarix: 25 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi banklar son xeber.az iqtisadiyyat xeberleri bugun en sonxeber