LUKOYL"un sabiq prezidenti və Baş icraçı direktoru İlham Əliyevi təbrik edib

LUKOYLRusiyanın "LUKOYL" Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, məktubda deyilir:
"İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim.
Sizin müdrik rəhbərliyinizlə həyata keçirilən ardıcıl dərin islahatlar və müasirləşdirmə siyasəti, ölkə iqtisadiyyatının davamlı və balanslaşdırılmış inkişafının təmin edilməsi üzrə düşünülmüş tədbirlər sistemi bütün dünya tərəfindən qəbul olunur. Respublikada energetika və inşaat kompleksləri, yüngül və ağır sənaye, nəqliyyat infrastrukturu, sosial, elm və mədəniyyət sahələri uğurla inkişaf etdirilir.
"LUKOYL" şirkətinin Azərbaycandakı fəaliyyətinə göstərdiyiniz diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Cari layihələr üzrə öhdəlikləri tam həcmdə yerinə yetirmək, eləcə də Azərbaycandakı tərəfdaşlarımızla uzunmüddətli əməkdaşlığımızı genişləndirmək və möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik.
Zati-aliləri, icazə verin, Sizə uzun ömür və möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, tərəqqi, Azərbaycan Respublikasının inkişafı və onun dost xalqının rifahının daha da yaxşılaşdırılması naminə ali dövləti vəzifənizdə yeni uğurlar arzulayım", - məktubda deyilir.
Rusiyanın "LUKOYL" Publik Səhmdar Cəmiyyətinin Baş icraçı direktoru Vadim Vorobyov da Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
İcazə verin, doğum gününüz münasibətilə "LUKOYL" Publik Səhmdar Cəmiyyətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi ən səmimi arzularımla təbrik edim.
Zəngin və peşəkar təcrübəniz, təşkilatçılıq istedadınız, şəxsi keyfiyyətləriniz Sizə ölkədə və ölkədən kənarda həmkarlarınızın, tərəfdaşlarınızın layiqli hörmətini qazandırıb. Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə dayanıqlı və dinamik inkişaf nümayiş etdirir. Aktual dövlət vəzifələri uğurla icra edilir, investisiya mühitinin yaxşılaşdırılmasına və xarici tərəfdaşlarla iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsinə yönəlmiş ardıcıl fəaliyyət həyata keçirilir.
Fürsətdən istifadə edərək Azərbaycan Respublikasında "LUKOYL"un fəaliyyətinə şəxsən göstərdiyiniz dəstəyə və daimi diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. İcazə verin, Sizi əmin edim ki, biz iki ölkənin maraqları naminə qarşılıqlı əməkdaşlığı bundan sonra daha fəal şəkildə inkişaf etdirmək niyyətindəyik.
Zati-aliləri, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar arzu edirəm", - məktubda deyilir. / azxeber.com

Siyasi       Tarix: 28 dekabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam az xeberler cəbhədən görüntüleri krimnal bugun cəbhədən son durum