Lusine Aroyan-Dalakyan: "Paşinyana görə Qarabağla bağlı debatlarda rüsvayçılıqla uduzduq
Lusine Aroyan-Dalakyan: "Paşinyana görə Qarabağla bağlı debatlarda rüsvayçılıqla uduzduq"
Şənbə günü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında keçirilən açıq görüş erməni Baş nazir Nikol Paşinyan üçün əsl məğlubiyyət oldu – o, "qədim Ermənistan" haqqında miflərə, dəfələrlə səhvləri və yalanları ifşa olunmuş mənbələrə istinad edib, öz sözlərini sənədlər və tutarlı arqumentlərlə gücləndirməyib, nitqini öz mesajlarından daha çox Azərbaycan Prezidentinə etirazlar üzərində qurub.
Danışıqların sonunda zal onun sözlərinə gülməyə başlayıb. Bu fakt həm Ermənistanda, həm də erməni diasporunda etiraf edilib.
Oxu.Az xəbər verir ki, Paşinyanın məğlubiyyəti barədə ən hərarətli çıxış edənlərdən biri "Facebook" hesabı vasitəsilə məsələyə münasibət bildirən "Ümumerməni Milli Konsensusu"nun həmsədri Lusine Aroyan-Dalakyan olub.
"Mətbuat konfransını izləyirəm. Biz rüsvayçılıqla uduzduq. Əgər erməni olmasaydım, Əliyevə inanardım. O, çox hazırlıqlıdır, jestlərin dili məharətlə seçilib. Paşinyan isə heç bir suala tam cavab vermədi, əks-zərbə endirmədi", - Aroyan-Dalakyan vurğulayıb.
"İlham Əliyev Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu sübut etdi. Paşinyan bu sahədə zəruri biliklərə sahib deyildi və yarımçıq cavabları onu gülünc vəziyyətə qoydu.
O, həmçinin, Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılmasının imkansızlığı barədə heç nə deyə bilmədi. Yaxşı ki, sonra Böyük Tiqran köməyə çatdı. Lakin qələbə artıq Əliyevin idi", - Lusine Aroyan-Dalakyan vurğulayıb.
Siyasətçi əlavə edib ki, Paşinyan Xankəndinin tarixi barədə heç nə deməyib və publikadan özünün "mikroinqilabları" barədə suallar verilməsini istəyib. Bununla da zəif müzakirəçi kimi acınacaqlı təəssürat yaradıb.

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı