"Maaşların artması hökumətin səlahiyyətində olan məsələdir və vətəndaş təzyiq edə bilməz" - AÇIQLAMA + FOTO

"Maaşların artması hökumətin səlahiyyətində olan məsələdir və vətəndaş təzyiq edə bilməz" - AÇIQLAMA + FOTO
Maliyyə Nazirliyi sentyabrın 15-də 2023-cü ilin dövlət büdcəsi layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etdi. Həmin layihədə diqqətçəkən məqamlardan biri əmək ödənişi və sosial ödənişlərlə bağlıdır.  Belə ki, 2023-cü ilin büdcə layihəsində əmək ödənişlərinin cari illə müqayisədə 5,2 faiz, sosial ödənişlərin isə təxminən 6 faiz artırılacağı proqnozlaşdırılır. Lakin 2022-ci ildə inflyasiyanın yüksək olması səbəbi ilə əməyin ödənişinə ayrılan vəsait 2021-ci illə müqayisədə 23 faiz artırılıb. Ona görə də bəzi ekspertlər növbəti il üçün 5-6 faizlik artımın az olduğu qənaətindədir. Səbəb isə inflyasiyanın 2023-cü ildə hansı səviyyədə olacağına dair dəqiq məlumat olmaması ilə əlaqələndirilir.  
Maraqlıdır, 2023-cü ildə pensiya və əməkhaqqlarındakı artım nə qədər olmalıdır?
İqtisad üzrə fəlsəfə doktoru Xalid Kərimli Oxu.Az-a açıqlamasında qeyd edib ki, Azərbaycanda pensiyaların indeksasiya sistemi mövcuddur:
"Statistika Komitəsinin məlumatına görə, yanvar-avqust aylarında orta aylıq əməkhaqqı 14,3 faiz artıb. Bu rəqəm saxlansa, pensiyalar gələn il ən azı 14,3 faiz artırılacaq. Dəqiq rəqəm isə hələ ilin sonunda müəyyənləşəcək. Oxucular üçün aydınlıq gətirim ki, indeksasiya artırma deməkdir. 2023-cü ilin pensiyasında nəzərdə tutulan indeksasiya 2022-ci ildə orta aylıq əməkhaqqının artım tempinə uyğun olur. Belə ki, 2023-cü ilin yanvar ayında 2022-ci ildə orta aylıq əməkhaqqının nə qədər olduğu müəyyənləşdirilir və həmin faiz qədər pensiyalar indeksasiyalaşdırılır. Hökumət onu qanuniləşdirib".
Ekspert onu da diqqətə çatdırıb ki, dövlət büdcəsindən maliyyələşdirilən strukturlarda maaşların inflyasiyanı kompensasiya edib-etməməsi dövlətin imkanlarından asılı olan məsələdir:
"Dövlətin cari xərclərin, əmək xərclərinin nə qədər olmasına dair planları var. Büdcə layihəsi, təbii ki, dəqiqləşdirilə bilər. Bu, hələ ilkin layihəsidir, ona parlamentdə baxılacaq, deyilən təkliflərə uyğun müəyyən korrektələr ediləcək. Noyabr-dekabr aylarında da bu ilin və növbəti ilin inflyasiyası haqqında daha dolğun fikirlər və proqnozlar formalaşacaq və s. Ancaq bir məsələ var ki, inflyasiya çoxdur deyə, dövlətdən əməkhaqqını inflyasiya üzərində artırması tələb edilə bilməz. Çünki bu gün sizin seçdiyiniz hökumət fəaliyyət göstərir. Büdcənin üzərində nəzarət edən qurum parlamentdir ki, onun üzvləri də xalq tərəfindən seçilib. Yəni hər şeyə onlar qərar verir. Maaşların nə qədər artması birbaşa hökumətin səlahiyyətində olan məsələdir və vətəndaş təzyiq edə bilməz". 
Həmsöhbətimiz bildirib ki, maaş artımı imanlarla məhdudlaşdırılan bir məsələdir:
"Büdcə vergi ilə doldurulur, əgər büdcəni doldura bilmirsinizsə, daha çox xərcləmə imkanınız yoxdur. Gələn il üçün büdcənin ilkin layihəsinə baxanda müəyyən sosial xərclərin artımı gözlənilir, ona görə də əməkhaqqının artırılacağını da ehtimal etmək olar. 2022-ci ildə, doğrudan da, ciddi inflyasiya müşahidə olunub. 9 aylıq statistikaya görə, 15,6 faiz inflyasiya var ki, bu çox ciddi göstəricidir. Ərzaq xərclərində isə bu, 20 faizin üzərindədir. Ərzaq qiymətlərinin artması əhalinin sosial cəhətdən kövrək təbəqəsinə daha pis təsir edir. Amma biz burada durub maaş və pensiyanın nə qədər artmalı olduğunu deyə bilmirik. Hökumətin cəmiyyət, dövlət büdcəsindən maliyyələşən şirkətlər qarşısında elə bir öhdəliyi yoxdur ki, "mən sizin maaşınızı bu qədər artırmalıyam və artıracam", - desin. Hansı məbləği məqsədəuyğun hesab etsələr, onu tətbiq edəcəklər".
Sayad Həsənli

Maraqlı       Tarix: 21 oktyabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən şad xəbər maraqlı xəbərlər krminal bu gun ən son xeberler