Macarıstandan Azərbaycana jest
"Zirvə görüşünün Şuşada keçirilməsi təbii ki, böyük rəmzi məna daşıyır. Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə bərpa-quruculuq işləri aparılır".
azxeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər ediblər:
"Türkiyə Prezidenti, Özbəkistan Prezidenti, Qazaxıstan Prezidenti, Qırğızıstan Prezidenti Ağdama və Füzuliyə səfər ediblər. Yəni, bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna daşıyır. Biz bir daha qardaş dəstəyini hiss edirik, bütün Azərbaycan xalqı bunu hiss edir.
Onu da bildirməliyəm ki, azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidenti ilə bərabər Ağdam rayonunda qoyduq.
Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Yəni, bütün bunlar bir daha birliyimizi göstərir".
Xidmetler [newsid: 0-123300]

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
"Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs 'Trendyol'da