Madriddə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışı olub - FOTOLAR

Madriddə MAMA Madriddəki Pons Fondunda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılış mərasimi olub.
Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, İspaniyada akkreditə olunmuş diplomatik korpusun üzvləri, incəsənət nümayəndələri və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın ideya müəllifliyi ilə reallaşan MAMA "Ana Təbiət" beynəlxalq incəsənət sərgisi müxtəlif ölkələri və mədəniyyətləri təmsil edən rəssamları bir araya gətirərək insanlarla təbiət arasındakı əlaqənin, eləcə də ətraf mühitin qorunmasının vacibliyini diqqətə çatdırır.
Layihə ilk dəfə 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda, Heydər Əliyev Mərkəzində təqdim olunub. Sərgi sonradan beynəlxalq miqyas qazanaraq Manama, Roma, London, Tbilisi, Berlin, Tirana, Cenevrə və Riqada nümayiş etdirilib.
Bu dəfə isə sərgi Heydər Əliyev Fondunun və Azərbaycanın İspaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə Madriddə təqdim olunur.
Açılış mərasimində çıxış edən Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov MAMA "Ana təbiət" layihəsinin incəsənət və bəşəriyyət arasındakı dərin əlaqəni araşdıran beynəlxalq bədii təşəbbüs olduğunu bildirib. Layihənin müasir dövrün ekoloji çağırışlarına diqqət çəkdiyi qeyd olunub. Səfir layihənin ideya müəllifi Leyla Əliyevaya sərginin Madrid şəhərində keçirilməsinə görə təşəkkürünü bildirib, ekspozisiyanın yalnız incəsənətə marağın artırılmasına deyil, həm də ziyarətçilərdə ətraf mühitə qarşı daha çox məsuliyyət və qayğı hissinin formalaşmasına töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.
Sonra çıxış edən İspaniya Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Şimali Amerika, Şərqi Avropa, Asiya və Sakit Okean Baş idarəsinin rəisi Lui Fonseka Sançez ölkəsinin incəsənətin, yaradıcılığın və mədəniyyətin diyarı olduğunu bildirib. Qeyd edib ki, məhz bu güc sayəsində Azərbaycan kimi tərəfdaşlarla dialoq və əməkdaşlıq üçün yeni imkanlar açılır. İspaniya həm də Avropada ən geniş qorunan təbiət ərazilərinə malik ölkələrdən biridir. Bu ərazilər minlərlə ziyarətçi üçün əlçatandır və bu da ekosistemlərin, biomüxtəlifliyin qorunmasının əhəmiyyətini dərk edən bir cəmiyyətin formalaşdığını göstərir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva çıxışında MAMA "Ana təbiət" beynəlxalq layihəsinin əhəmiyyətindən danışıb. Bu sərginin ilk dəfə COP29 çərçivəsində Bakıda nümayiş etdirildiyini xatırladan Leyla Əliyeva deyib ki, ekspozisiya daha sonra dünyanın müxtəlif ölkələrində təşkil olunaraq təbiət, ətraf mühit və ümumi gələcəyimizlə bağlı mühüm mesajı özündə daşıyıb.
"Təbiət bizim anamızdır. O, bizə torpaq, su və hava bəxş edir. Lakin bütün bunlara baxmayaraq, biz insanlar təbiətin bəxş etdiyi bu nemətlərə zərər verməkdə davam edirik. Bu sərgi daha yaxşı gələcəyə doğru atılan növbəti addımdır", - deyə Fondun vitse-prezidenti əlavə edib.
Qeyd edək ki, sərgi sentyabrın 9-dan 18-dək ziyarətçilər üçün açıq olacaq.
Ekspozisiyada Azərbaycan, İspaniya, İtaliya, Latviya, Ukrayna, Gürcüstan, Birləşmiş Krallıq, Almaniya və digər ölkələrdən olan tanınmış müasir rəssamların əsərləri sərgilənir.
Madriddə MAMA Madriddə MAMA Madriddə MAMA Madriddə MAMA Madriddə MAMA Madriddə MAMA Madriddə MAMA Madriddə MAMA Madriddə MAMA Madriddə MAMA Madriddə MAMA Madriddə MAMA Madriddə MAMA Madriddə MAMA Madriddə MAMA / azxeber.com

Siyasi       Tarix: 09 sentyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Kamran Əliyev: Korrupsiya hamımızın üzləşdiyi ortaq problemdir

"Korrupsiya qlobal fenomendir və hamımızın üzləşdiyi ortaq problemdir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübariz

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir' - İlham Əliyev

"Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafına, həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə xüsusi önəm verir və bu istiqamətdə daim səylər göstərir". AZƏRTAC-a istinadə

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberlər en son xeber xeberler azerbaycan son xabar