Magistraturaya növbəti qəbul imtahanı keçiriləcək
Bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) və peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsini keçirəcək.
DİM-dən azxeber.com-a verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 6 şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 61 binada aparılacaq.
İmtahanda iştirak etmək üçün 14 843 bakalavr ərizə təqdim edib. Onlardan 13 796 nəfəri Azərbaycan bölməsi, 1 047 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək.
PMS imtahanı isə Bakıda 2 binada təşkil olunub. İmtahana qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 522 nəfər müraciət edib.
İmtahanların idarə olunmasına 63 ümumi imtahan rəhbəri, 180 imtahan rəhbəri, 1428 nəzarətçi-müəllim, 138 buraxılış rejimi əməkdaşı (mühafizə), 63 bina nümayəndəsi cəlb olunub.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı