Makqreqordan Şvartseneggerə qeyri-adi doğum günü təbriki - FOTO
Makqreqordan Şvartseneggerə qeyri-adi doğum günü təbriki - FOTO
Qarışıq döyüş növləri üzrə irlandiyalı ikiqat UFC çempionu Konor Makqreqor dünyaca məşhur aktyor və bodibilder Arnold Şvartseneggeri ad günü münasibətilə təbrik edib.
"Ill be back! ("Mən geri qayıdacağam!") İnsanlıq adına. Mən qayıtmalıyam. Ad günün mübarək. Ümid edirəm ki, siz mənim sağalmağım, işim və meydandakı son hərəkətimlə fəxr edirsiniz", – deyə Makqreqor sosial şəbəkələrdə yazıb.
Makqreqorun son döyüşü UFC 264-də amerikalı Dastin Porye ilə olub. Görüş ilk raundda başa çatıb və nəticədə irlandiyalının ayağı sınıb.
Qeyd edək ki, "Ill be back!" ("Mən geri qayıdacağam") - "Terminator" filmindəki T-800 "android"in Arnold Şvartsenegger tərəfindən tələffüz edilən məşhur ifadəsidir. Bu ifadə AFI-nin (Amerika Film İnstitutu) "100 ildə Amerika filmlərindən 100 məşhur sitat" siyahısında 37-ci yerdədir.
Sonradan bu ifadə bir çox filmlərdə Şvartseneggerin özü və başqa aktyorlar tərəfindən istifadə olunub.



Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ