Makron Zelenskiyə Rusiyaya qarşı yeni sanksiyalar qoyulacağı sözünü verdi
Fransa Prezidenti Emmanuel Makron ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Makron Aİ tərəfdaşları ilə Rusiya Federasiyasına qarşı yeni sanksiyalar üzərində işləməyə hazır olduğunu bəyan edib.
Yelisey sarayı qeyd edir ki, söhbətdə Zaporojye AES ətrafında vəziyyətə toxunulub.
Bundan əvvəl Ukrayna prezidentinin mətbuat xidməti bildirmişdi ki, Volodimir Zelenski Makrona Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçirilən qanunsuz referendumları və Rusiyanın Ukraynanın bu ərazilərini qanunsuz ilhaq etmək cəhdlərini qətiyyətlə pislədiyinə görə təşəkkür edib.
Liderlər həmçinin gələn həftə Praqada Avropa siyasi ictimaiyyətinin sammitinin və Rusiyanın növbəti təcavüz aktlarını birgə qiymətləndirmək və müvafiq qərarlar hazırlamaq imkanı olacaq Avropa Şurasının qeyri-rəsmi iclasının keçirilməsini də müzakirə ediblər.
Baku.ws / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü