Makronun gələcəyi sual altında – Yeni hökumət qurulur?

Makronun gələcəyi sual altında – Yeni hökumət qurulur?Fransa prezidenti Emmanuel Makronun siyasi vəziyyəti getdikcə çətinləşir. Böyük Britaniyanın nüfuzlu "The Times" qəzeti dövlət başçısını "axsaq ördək" adlandıraraq qeyd edib ki, Makron artıq əvvəlki kimi güclü siyasi təsirə malik deyil. Bu ifadə, prezidentin formal olaraq vəzifədə qalsa da, real idarəetmə imkanlarının xeyli məhdudlaşdığını göstərir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Polad Mehdiyev bildirib ki, hazırda Makronun qarşısında üç əsas seçim var, yeni baş nazir təyin etmək, parlament seçkilərini yenidən keçirmək və ya istefa vermək.
Makronun gələcəyi sual altında – Yeni hökumət qurulur?Onun sözlərinə görə, ən real və yaxın perspektivli variant yeni baş nazirin təyin olunmasıdır:
"Makron bu yolla hökumətdə sabitlik yaratmağa və parlamentlə əməkdaşlığı bərpa etməyə çalışa bilər. Parlament seçkilərini yenidən keçirmək isə riskli addımdır, çünki müxalifətin güclənməsi və siyasi balansın dəyişməsi mümkündür. İstefa vermək isə ən az ehtimal olunan variantdır, bu, Makronun siyasi karyerasının sonu kimi dəyərləndirilə bilər."
Politoloq qeyd edib ki, Makron hazırda riskli seçkilərə getmək istəmir və istefa onun üçün ən ağır addım olardı:
"Prezident daha çox parlament daxilində manevr edərək yeni hökumət qurmağa üstünlük verəcək. Lakin bu variantın real nəticə verib-verməyəcəyi sual altındadır, çünki parlamentdə parçalanma və siyasi qüvvələr arasında ziddiyyətlər çox dərinləşib."
Polad Mehdiyev hesab edir ki, əgər yeni baş nazir təyin olunması da nəticə verməsə, 2025–2026-cı illərdə Makronun parlamenti buraxmaq və növbədənkənar seçkilərə getmək məcburiyyətində qalması mümkündür:
"İlkin addım kimi yeni baş nazirin təyin edilməsi daha real görünür, amma siyasi böhran dərinləşərsə, növbədənkənar seçkilər gündəmə gələ bilər."
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 08 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin


yeni xeberler azerbaycan xeberleri son xeberler son xəbərlər ən son xəbərlər hava proqnozu xeberler