Makronun həyat yoldaşı seçkidə səs verərkən çətin vəziyyətə düşdü
Fransa prezidentinin həyat yoldaşı Bricit Makron parlament seçkisində səs verərkən pis vəziyyətə düşüb.
KONKRET.azxəbər verir ki, Fransanın dövlət başçısı Emmanuel Makron və xanımı sahilyanı Le Tuke şəhərində səs veriblər.
Prezident xanımı ilə seçki məntəqəsinə gələndə xanımı səhv edib. Qaydalara görə, vətəndaş əvvəlcə qutuya bülletenini atmalı, sonra seçici siyahısına imza atmalıdır. Lakin Bricit Makron əvvəlcə seçici siyahısını imzalamağa cəhd etməklə səsvermə prosedurunu pozmaq üzrə olub.
Dövlət başçısının həyat yoldaşı, hətta qələmi götürsə də, seçki komissiyasının nümayəndəsi onun qarşısını kəsib. Seçki məntəqəsinin işçisi birinci xanıma bülleteni qutuya atmalı olduğunu xatırladıb. Buna cavab olaraq Bricit Makron gülümsəyərək ona verilən göstərişlərə əməl edib.
Prezident də öz növbəsində parlament seçkisində səsverməni səhvsiz başa vurub. İşçilərin köməyinə ehtiyac duymayıb.
Qeyd edək ki, iyunun 30-da Fransada parlament seçkisinin birinci turu keçirilib. İlkin məlumata görə, ən çox səsi sağçı "Milli Birlik" Partiyası toplayıb. Onu vətəndaşların 34,2%-i dəstəkləyib. İkinci və üçüncü yerləri sol partiyaların "Yeni Xalq Cəbhəsi" və "Respublika Naminə Birgə" prezident blokunun koalisiyası tutur. Onlara müvafiq olaraq ölkə sakinlərinin 29,1%-i və 21,5%-i səs verib. (Oxu.az)

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
İlyas Yalçıntaş sərbəst buraxıldı
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib