Malxasyan: "Başımıza nə işlər gələcəyini heç düşündünüzmü?"

Malxasyan:

" class="imgbcode" />"Türkiyə heç vaxt öz istəklərini gizlətməyib, amma heç vaxt Ermənistanda hansısa hökumətin yanında fundamental bir sənədin, Konstitusiyanın dəyişdirilməsi və ya başqa təfərrüatlı tələblərlə çıxış etməyib. Rəsmi Ankara heç vaxt Ermənistanın heç bir əvvəlki hökuməti ilə belə tonda danışmayıb. Ermənistan hakimiyyəti Türkiyə və ya hər hansı başqa ölkə ilə əlaqələr qurarkən heç vaxt Müstəqillik Bəyannaməsinin müddəalarından arqument kimi istifadə etməyib".
KONKRET.az xəbər verir ki, bu sözləri erməni tarixçi Mikael Malxasyan vurğulayıb.
Erməni ekspert daha sonra vurğulayıb: "Müstəqilliyimiz haqqında Bəyannamənin preambulasında yazılır ki, bir tərəfdən Birinci Respublikanın demokratik ənənələri əsas götürülür, digər tərəfdən Sovet Ermənistanının davam etdirilməsi təsbit edilir. Çox mühüm müddəa isə budur: "Ermənistan SSR Ali Soveti erməni xalqının vahid iradəsini ifadə edərək, erməni xalqının taleyi qarşısında öz məsuliyyətini dərk edərək, Ümumdünya Bəyannaməsinin prinsiplərinə əsaslanaraq, bütün ermənilərin arzularını yerinə yetirməkdə və tarixi ədaləti bərpa etməlidir. Tarixi ədalət dedikdə 1989-cu ildə Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının "Ermənistanın birləşdirilməsi haqqında" birgə qərarı nəzərdə tutulur. Bu isə xalqların öz müqəddəratını təyinetmə hüququna əsaslanır. Qonşularımız isə bunu işğalçı istək kimi təqdim edir.
Belə getsə, digər ölkələr də bu vəziyyətdən istifadə etməyə və öz tələblərini irəli sürməyə başlayacaq. Məsələn, rusiyalı analitiklərə görə, ümumiyyətlə, Ermənistan dövlətçiliyini Rusiya imperiyası yaradıb. Bu, bizim üçün çox pis tendensiyadır, çox təhlükəli süni presedent yaradır. Türkiyənin ekspert icması da son vaxtlar belə bir rəyləri təbliğ edir ki, 2019-cu ildə Ukraynada Konstitusiya dəyişikliyi zamanı NATO-ya üzvlük məqsəd kimi qoyulmuşdu. Rusiya 2022-ci ildə buna öz sərt mövqeyini bildirmişdi.
Xatırlayırsınızsa, Vladimir Putinin çıxışlarından birində səslənən bəyanatda deyilir ki, əgər qonşumuz öz Konstitusiyasında hərbi-siyasi alyansa üzv olmağı dövlətin milli prioritet məqsədi hesab edirsə, o zaman bu, bizim üçün bir çağırışdır və Moskva bunun üçün müharibəyə başlayır. Bu məntiqlə baxsaq, Türkiyə-Azərbaycan tandemi bundan bizə qarşı müharibəyə başlamaq motivi kimi istifadə edəcək. Yaranacaq təhlükəli sualları başa düşürsünüzmü? Bizə elə gəlir ki, hansısa kağızdan, hansısa adi sözdən danışırlar, əslində isə hansısa əsaslar yaratmağa çalışırlar və nəticədə Ermənistan dövlətçiliyini məhv etməyi nəzərdə tuturlar.
Ermənistanın hazırkı hakimiyyət orqanları deyir ki, Ermənistan heç bir bloka qoşulmamalıdır. Yəni tam neytral ölkə olmalıdır ki, suverenlik hüququnu əldə etsin. Mən bir şey başa düşmürəm, Türkiyə 1952-ci ildən NATO üzvüdürsə, Türkiyə suveren sayılmır? Ermənistan hakimiyyətinin məntiqinə görə, Fransa əvvəldən NATO-nun qurucu üzvüdürsə, deməli bu ölkə suveren dövlət deyil.
Axı Paşinyan dərk edirmi ki, Ermənistan Konstitusiyasında bloklara qoşulmayan, neytral ölkə statusunun təsbiti və yenidən nəzərdən keçirilməsi Ermənistanın digər tərəfdaşları olan Rusiya və İran arasında böyük suallar yaradacaq. Neytral, bloklara qoşulmayan dövlət olmaq ideyası bu hakimiyyət tərəfindən insanlara universal bir şey kimi təqdim olunur. Bəs sonradan bizə desələr ki, bu status gələcəkdə silahlı qüvvələrin olmamasını nəzərdə tutur, onda nə edəcəyik? Ermənistanın silahlı qüvvələrinin olmamasını təsəvvür edirsinizmi? Əgər Ermənistan silahsızlaşdırılmış dövlət olsa, başımıza nə işlər gələcəyini heç düşündünüzmü?
Azərbaycanın müstəqillik bəyannaməsini oxuyun. Bu sənəd tamamilə Rusiyaya qarşı yönəlib. Amma Bakı Moskva ilə çox yaxşı əlaqələrə malikdir. Türkiyənin milli marşını oxuyan varmı? Orada Qərb düşmən elan edilir, amma Türkiyə Qərb strukturlarının bir hissəsidir.
Biz Ermənistanın İstiqlal Bəyannaməsindən danışdıq, amma Azərbaycanın Müstəqillik Bəyannaməsini də nəzərdən keçirməliyik. Onların müstəqillik bəyannaməsi rəsmi olaraq Dövlət Suverenliyinin Bərpası Bəyannaməsi adlanır. Azərbaycan dövləti bunu belə adlandırıb ki, həmin sənədə əsasən, onların ilk respublikası olan 1918-20-ci illərin Azərbaycanı bərpa edilməlidir.
Biz ağır böhran mərhələsinə çatmışıq, lakin bu, son deyil. Kimin ağlına gələrdi ki, soyqırımdan 3 il sonra dövlətimiz olacaq, amma biz etdik. Tariximizdə çoxlu uğur nümunələri var. Lakin bu gün gördüyümüz simvolların total məhv edilməsi baş verir. Məqsəd bəllidir: simvollarımızı yox etməklə boşluq yaratmaq. Rəmzlərimiz məhv olandan sonra heç bir tarixi canlanma olmayacaq. Müxtəlif tarixi dövrlərdə müxtəlif tarixi reallıqlar olub, lakin simvollar həmişə qorunub-saxlanılıb. Simvol boşluğu olmamalıdır. Bu boşluğu nəyin dolduracağını düşünmüsünüzmü?
Nə üçün indiki Ermənistan hakimiyyəti "erməni tarixi" adını ləğv edir? "Erməni tarixi" həm də şahlar və dövlətçilik tarixi deməkdir. "Erməni tarixi" ifadəsi həm dövlətçiliyi, həm də bütövlükdə xalqımızı özündə ehtiva edən Qrabarın "Ermənilərin tarixi" ilə eyni ifadədir.
Bizdə nədənsə tarixi məsələləri siyasiləşdirməmək meyli var, amma qonşumuz öz siyasi məqsədləri üçün beynəlxalq platformalarda onları təbliğ edir.
Bu gün millətimiz kifayət qədər böyük və təhlükəli bir təbliğat dalğasına məruz qalır və o dalğa insanları inandırmağa çalışır ki, biz yaxşı deyilik, biz əbədi uğursuzlarıq, zəifik. Mən millətimizə, tariximizə olan ironiyanı daim eşidirəm. Bunu kimin deməsinin fərqi yoxdur: siyasətçi, başqa ictimai sahənin nümayəndəsi, ekspert, din xadimi, jurnalist və ya müəllim. Millətimizdən, nailiyyətlərimizdən, tariximizdən belə sözlərlə danışmağa mənəvi baxımdan heç kimə icazə verilmir.
Hazırladı: Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 05 mart 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını "özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski" iddiaları ilə əsaslandırmağ

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalar

İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

İsrail Səfirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. İsrailin Azərbaycandakı səfirliyi bu barədə X-da paylaşım edib. "Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davaml

Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir

"Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir. Əgər o, Kərki olmasaydı, mən onu belə adlandırmazdım". KONKRET.azxəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, məsələnin hüquqi tərəfinə toxunara

BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbayca

30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?

30 il. Bir insan ömrünün böyük hissəsidir. Azərbaycanın isə son 30 ildən artıq tarixi asan keçməyib. Azərbaycan üçün bu illər yalnız bir müharibənin deyil, həm də ədalətin bərpası uğrunda aparılan uzun və çətin mübarizəni

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə

Tarix bəzən kitab səhifələrində deyil, daşların yaddaşında yaşayır. Qarabağ və Şərqi Zəngəzur ərazisindəki xristian memarlığı nümunələri də məhz belə bir yaddaşın daşıyıcılarıdır. Xudavəng, Gəncəsər, Arzu Xatun kilsəsi v

Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi bu barədə X-da paylaşım edib. "Azərbaycan Respublikasının Hökumətin


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 muharibe kriminal xeberler havanın temperaturu xeber.az