Manafdan Vasif Məhərrəmliyə cavab: "Mənim bütün nəslim, köküm
"Mənim səs tempim başqa müğənnilərdən fəqlənir, şirindir, yanıqlıdır, zərbəlidir, səsimin ahəngi var".
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev Əməkdar artist Vasif Məhərrəmlinin onun ünvanına işlətdiyi "Çox gözəl xanəndə olardı ondan. Bu gün ən öndəgedən xanəndələrin sırasında ola bilərdi" fikirlərinə münasibətində deyib. Müğənni deyir ki, Vasif Məhərrəmlidən qabaq ona bu tərifi mərhum xanəndə Ağaxan Abdullayev deyib:
"Mənim səsim əsl xanəndə səsidir. Rəhmətlik Ağaxan Abdullayev sağ idi, məclislərin birində məni gördü, dedi ki, "sənin əsl xanəndə, ah-naləli bir səsin var. Nə yaxşı xanəndə deyilsən? Tar, kamla ifa etmirsən?" Dedim ki, mən xanəndə deyil, müğənni olmaq istəyirəm. Bu mənim qanımdan irəli gəlir. Xanəndə çətin sənətdir. Yəni bunu mənə Vasif Məhərrəmlidən əvvəl Ağaxan Abdullayev deyib. Mənim bütün nəslim, köküm musiqiçidir".
Manaf Ağayev bir neçə muğam oxuduğunu da vurğulayıb:
"Tarixdə qalmaq üçün tar, kamanla bir neçə muğam yazdıra bilərdim. Əslində bir-iki muğam oxumuşam. Tam dəsgah formasında deyil, hissə-hissə oxumuşam. Xanəndə olmaq üçün şirin səs lazımdır. Xanəndə var səsi qurudur, amma mənim səsim şirindir".
Xanəndə olmadığına görə peşiman deyil ki?
Manaf Ağayev əksinə, müğənni olduğu üçün fəxr etdiyini deyib:
"Xanəndələrə hörmətim var, hamısı böyük sənətkarlardır. Mən toya getmək istəmişəm, xanəndələr mənim qədər toya getmir".

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yavər Şıxəliyev vəfat etdi
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub