Manatla bağlı MÜHÜM AÇIQLAMA: İndiki şəraitdə devalvasiya riski var?

Manatla bağlı MÜHÜM AÇIQLAMA: İndiki şəraitdə devalvasiya riski var?Dünyada artan geosiyasi gərginlik qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyi artırıb. Analitiklər hesab edir ki, belə proseslər bir çox ölkələrin milli valyutalarına da təsir göstərə bilər. Bu baxımdan mövcud vəziyyətin Azərbaycan manatının sabitliyinə və ölkədə valyuta bazarına mümkün təsirləri də müzakirə mövzusuna çevrilib.
Mövcud geosiyasi vəziyyət manatın sabitliyinə və valyuta bazarına təsir göstərə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib:
Manatla bağlı MÜHÜM AÇIQLAMA: İndiki şəraitdə devalvasiya riski var?"İndiki geosiyasi vəziyyətdə iki proses gedir. İran, Amerika və İsrail müharibəsi əsnasında Hörmüz körfəzi bağlanıb. Oradan dünyaya neft hasil ola bilmir. Buna görə də neftin qiyməti qalxıb. Bu, Azərbaycanın xeyrinədir".
Bizim valyuta ehtiyatımızın artdığını vurğulayan ekspert əlavə edib:
"Deməli, manat üçün heç bir təhlükə yoxdur. Əksinə, biz hələ gələcək dövr üçün də daha çox valyuta toplayaraq zənginləşirik".
"Digər tərəfdən də bu konfliktlər Amerikanın dünyadakı etibarlılığını və nüfuzunu aşağı salır. Onsuz da dollar dünyada 10 faiz düşmüşdü. İndi dolların daha da aşağı düşmə ehtimalı var. Bu da bizim üçün yaxşıdır. Manat dollara münasibətdə daha baha olmalıdır. Amma biz indiki məzənnəni süni yolla saxlamışıq. Hazırda yürüdülən məzənnə siyasəti üçün tam uyğun bir vəziyyətdir. Dollarla müqaisədə milli valyuta sabit qalacaq. Amma digər valyutalara nisbətdə dəyişiklik ola bilər", — deyə Əkrəm Həsənov sonda vurğulayıb.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli isə bildirib:
Manatla bağlı MÜHÜM AÇIQLAMA: İndiki şəraitdə devalvasiya riski var?"Baş verən proseslər, ABŞ-İran, Rusiya-Ukrayna müharibəsi manatın məzənnəsi üçün xüsusi təhlükə yaratmır. 2025-ci ilin statistikası göstərir ki, əhalinin manata olan marağı və etibarı artıb".
"Depozitlərin strukturunda manatın xüsusi çəkisi son 20 ildə ən yaxşı vəziyyətdədir. Eyni zamanda nəğd dollar alış-satış bazarında istiqamət dollar satışınadır. Əhali daha çox dollar satır. Həmçinin ölkəyə girən dollar çıxan dollardan daha çoxdur. Hazırda manata qarşı təzyiq ola bilməz. Nəzərə alsaq ki, müharibə qazın və neftin də qiymətini qaldırıb. Bu baxımdan da hər hansı bir risk yoxdur", — deyə Xalid Kərimli sonda qeyd edib.
Dəniz Pənahova
KONKRET.az

Sosial       Tarix: 17 mart 2026
f Paylaş

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Bakıda hava limanında ƏMƏLİYYAT - FOTO

Ciddə-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlərin çamadanlarından gömrük orqanına bəyan edilməyən saat və planşetlər aşkarlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Hava Nəqliyyatınd

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son xeber cəbhədən son görüntülər hava proqnozu xeberler