Manatla bağlı MÜHÜM NÜANS: "Vəziyyət pisləşərsə, o zaman... "

Manatla bağlı MÜHÜM NÜANS: Son illərdə Azərbaycanda milli valyuta – manatın dövretmə sürətinin azalması, iqtisadi aktivliyin nisbətən ləngiməsi və əhalinin xərcləmə davranışında müşahidə olunan dəyişikliklər yeni müzakirələrə səbəb olub. Mövcud tendensiyalar fonunda manatın gələcək aqibətinin necə formalaşacağı, onun sabitliyinə təsir edən əsas amillərin nədən ibarət olduğu və bu prosesin uzunmüddətli perspektivdə hansı risk və imkanlar yaratdığı aktuallaşıb.
Bəs manatın sabitliyi hansı faktorlardan asılıdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, manatın sabitliyi birbaşa ölkənin tədiyə balansındakı vəziyyətlə bağlıdır.
Manatla bağlı MÜHÜM NÜANS: Onun sözlərinə görə, tədiyə balansı ölkəyə daxil olan və çıxan valyuta axınları arasındakı fərqi əks etdirir və burada əsas rol cari əməliyyatlar balansına məxsusdur.
İqtisadçı qeyd edib ki, cari əməliyyatlar balansında məhsul və xidmətlərin idxal və ixracı arasındakı fərq həlledici əhəmiyyət daşıyır:
"Bu, yalnız qısamüddətli deyil, uzunmüddətli dövr üzrə qiymətləndirilməlidir. Ayrı-ayrı rüblərdə mənfi saldo müşahidə olunsa belə, hökumət iqtisadi siyasəti daha geniş zaman kəsiyi üzrə planlaşdırır.
Uzun illərdir qeyri-neft sektorunun inkişafından danışılır. Lakin bu sahədə əldə olunan nəticələr hələlik ölkənin ümumi iqtisadi vəziyyətini tam şəkildə sığortalayacaq səviyyədə deyil. Neft və qaz gəlirləri əsas dayaqlardan biri olaraq qalır. Ehtiyatlar planlı şəkildə, müəyyən strategiya çərçivəsində istifadə olunur. Vəziyyət pisləşərsə belə, bütün resursların birdəfəlik xərclənməsi nəzərdə tutulmur".
Manatın dövretmə sürətinin azalmasına toxunan iqtisadçı bunun əsas səbəblərindən birinin əhalinin yığım meylinin artması olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu prosesdə Mərkəzi Bankın siyasəti və depozit faizlərinin yüksəlməsi də mühüm rol oynayır:
"Faizlərin artması nəticəsində insanlar sərbəst vəsaitlərini xərcləmək əvəzinə bank depozitlərində saxlamağa üstünlük verirlər. Bu isə dövriyyədə pulun həcmini azaldır və iqtisadi aktivliyi zəiflədir.
Nəticə etibarilə iqtisadi artım tempində də müəyyən ləngimə müşahidə olunur. Uzunmüddətli perspektivdə manatın sabitliyi qeyri-neft sektorunun və özəl biznesin inkişaf səviyyəsindən birbaşa asılı olacaq".
Beləliklə, mövcud tendensiyalar bir tərəfdən maliyyə sabitliyinin qorunmasına xidmət etsə də, digər tərəfdən iqtisadi aktivliyin zəifləməsi riskini artırır. Bu isə balanslaşdırılmış iqtisadi siyasətin vacibliyini bir daha gündəmə gətirir.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 07 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu

Binəqədidə ağır yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, VAZ-2107 və BMW markalı minik avtomobilləri toqquşub. Qəzanın başvermə səbəbi, xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur

Bakıda iki maşın toqquşdu, yaralanan var

Bakının Babək prospektində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə "Kia" markalı minik avtomobili ilə "Isuzu" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində qeydə alınıb

Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın

"Comex" birjasında 2026-cı ilin dekabr ayı üçün qızıl füçersləri 2025-ci ilin sentyabrından bəri ilk dəfə 3 550 dollardan aşağı düşüb. KONKRET.azxəbər verir ki, Bakı vaxtı ilə saat 06:12-də qızılın bir troya unsiyasını

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib. Bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məlumat yayıb. . Bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahəd

Ünvanlı dövlət sosial yardımı ilə bağlı MƏLUMAT

Bu ilin doqquz ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlər istisna olmaqla, 24,9 min ailəyə 25,7 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçü

Bakıda İLK: Sürücüləri və sərnişinləri nə gözləyir?

Son illər Bakıda ictimai nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi və avtobusların xüsusi zolaqlarla hərəkətinin təmin edilməsi istiqamətində bir sıra addımlar atılır. Bu çərçivədə paytaxtda ilk dəfə avtobuslar üçün xüsus

Bəzi ərazilərdə qaz kəsiləcək

Sabah Qazax rayonunun bir kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılmas

Əhaliyə bəd xəbər - Bu məhsullar bahalaşdı

Azərbaycanda istehlak qiymətləri 2026-cı ilin ilk 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb. yenisabah-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-oktyabr aylarınd

Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA

Azərbaycanda qızıl-zinət bazarında qiymətlərin formalaşmasına təsir edən əsas amil qızılın beynəlxalq bazar kotirovkalarıdır. xəbər verir ki, bunu -a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrini


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber.az xeber.az 2026 son xeberler bugun 2026 azerbaycan butun xeberler