Manatla bağlı MÜHÜM PROQNOZ: ABŞ dolları ilə pul köçürmələri
Son dövrlərdə ABŞ-la Azərbaycan arasında pul köçürmələrinin dinamikasında diqqətçəkən dəyişiklik müşahidə olunur. Ümumi köçürmələrin həcmi azalsa da, ABŞ-ın bu köçürmələrdə payının artması maliyyə axınlarının strukturunda yeni tendensiyaların formalaşdığını göstərir. Bu dəyişikliklər xüsusilə manatın dövriyyəsi və xarici valyuta axınlarının istiqaməti baxımından müəyyən suallar doğurur.
Bəs ABŞ-la pul köçürmələrində pay artımı əslində hansı iqtisadi proseslərin göstəricisidir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, burada iki əsas məqam diqqət çəkir.
"Fiziki şəxslər arasında Azərbaycandan ABŞ-a və əks istiqamətdə pul köçürmələrinin həcmi əvvəlki illərlə müqayisədə artmayıb. Eyni zamanda, nə Azərbaycandan ABŞ-a əmək miqrasiyasında, nə də ABŞ-dan Azərbaycana səfər edənlərin sayında ciddi artım qeydə alınmayıb".
İqtisadçı qeyd edir ki, belə olan halda ümumi pul köçürmələrində artımın əsas səbəbi birbaşa investisiya qoyuluşları ilə bağlıdır.
"2025-ci ildə ABŞ-dan Azərbaycana yönələn birbaşa investisiyalarda əvvəlki illərlə müqayisədə təxminən 5–7 faiz artım müşahidə olunub.
Birbaşa investisiyalar formal olaraq pul köçürmələri kateqoriyasına daxil edilməsə də, bu investisiyalarla əlaqədar audit, monitorinq və digər xidmət haqlarının ödənilməsi pul köçürmələri kimi statistikada əks oluna bilərlər. İnvestisiya həcmi artdıqca, bu istiqamətdə əlavə maliyyə axınları da artır və bu da ümumi köçürmələrin strukturuna təsir göstərir", – deyə o, vurğulayıb.
Razi Abbasbəylinin sözlərinə görə, Azərbaycandan ABŞ-a birbaşa manat köçürülməsi həyata keçirilmir.
"Xarici köçürmələr əsasən ABŞ dolları və avro ekvivalenti ilə aparılır. Manatla göndərilən vəsaitlər belə, beynəlxalq sistemdə dollar və ya avro qarşılığı ilə hesablanır.
Bu tendensiya manat və valyuta axınlarının dəyişməsi kimi qiymətləndirilməməlidir. Baş verən dəyişikliklər daha çox maliyyə əməliyyatlarının strukturunda yaranan fərqlərlə bağlıdır və bunu Azərbaycanla ABŞ arasında ticarət münasibətlərinin genişlənməsi kimi də şərh etmək düzgün olmaz".
Aynurə İsmayıl
KONKRET.az

17 yaşlı tələbə qız faciəvi şəkildə öldü
Bakıda qadın stəkanla döyüldü
Şahbuzda ağır qəza - 3 nəfər ölüb, 9 nəfər yaralanıb
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı
Zelenskinin ofisində axtarış aparıldı
Zelenski Rusiyanın zərbələrinə cavab hazırladıqlarını açıqladı
Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
Meloni İlham Əliyevə təşəkkür etdi
Bir stəkan su ilə dünyaya diplomatiya dərsi - Deputat yazır
Deputatlar məktəb illərini necə xatırlayır? - 'Müəllim məni döyürdü
"Sabah" ev oyunlarını bu stadionda keçirəcək
Şahbuzdakı ağır qəzada ölənlərin FOTOLARI
ABŞ Ermənistanı Azərbaycanla razılığa gəlməyə necə inandıra bilib?
Toydan çıxdı, faciəvi şəkildə öldü - Sürücü tutuldu