Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
18 sentyabr tarixində Türk Ticarət Mərkəzində Marsol Group-un 30-dan çox partnyoru ilə Türkiyənin iş dünyasını təmsil edən Tüm Etkin Sanayici İş Adamları ve İş Kadınları Federasyonu (TESİAD) nümayəndələri arasında işgüzar səhər yeməyi formatında B2B görüş keçirilib.
azxeber.com xəbər verir ki, Marsol Group və TESİAD-ın birgə təşkilatçılığı ilə keçirilən görüşün əsas məqsədi Azərbaycan və Türkiyə arasında işgüzar əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı ticarət və investisiya imkanlarının müzakirəsi, sahibkarlar arasında yeni biznes əlaqələrinin qurulması və əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsi olub.
Tədbirdə Türkiyədən Azərbaycana səfər edən müxtəlif sahələri təmsil edən iş adamları ilə Marsol Group partnyorları bir araya gəlib. Görüş zamanı iştirakçılar fəaliyyət istiqamətləri barədə məlumat verib, qarşılıqlı maraq doğuran sahələri müzakirə edib və potensial əməkdaşlıq imkanlarını dəyərləndiriblər.
Tədbirin açılışında Marsol Group-un təsisçisi və İdarə Heyətinin sədri Tural Mustafayev, Türk Ticarət Mərkəzinin təsisçisi və direktoru Yılmaz Okuklu, MATTO (Makedoniya-Türkiyə Ticarət Odası) sədr müavini İmer Selmani, TESİAD sədri İbrahim Yılmaz və TESAM sədri, TESİAD fəxri sədri İlyas Bozkurt çıxış ediblər. İlyas Bozkurt, həmçinin, tədbir iştirakçıları üçün xüsusi təqdimatla çıxış edib.
Çıxışlarda Azərbaycan və Türkiyə arasında mövcud iqtisadi və işgüzar əlaqələrin daha da genişləndirilməsi, sahibkarlar arasında birbaşa münasibətlərin qurulmasının əhəmiyyəti və yeni əməkdaşlıq imkanlarının yaradılması məsələlərinə toxunulub.
Daha sonra tədbir iştirakçıları arasında B2B formatında ikitərəfli görüşlər keçirilib. Görüşlər zamanı müxtəlif sektorlar üzrə fəaliyyət göstərən şirkətlər arasında mümkün tərəfdaşlıqlar, birgə layihələr, ticarət əlaqələri və investisiya imkanları müzakirə olunub.
Tədbir Azərbaycan və Türkiyə biznesləri arasında əlaqələrin möhkəmləndirilməsi və gələcək əməkdaşlıqlar üçün yeni imkanların formalaşdırılması baxımından işgüzar platforma rolunu oynayıb.














Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı
Şəhid Əli Heydərovun atası vəfat etdi
Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO