Masallıda poçt şöbəsindən seyf oğurlandı
Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində poçt şöbəsindən seyf oğurlayan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Open.az-a verilən məlumata görə, gecə saatlarında rayonun Türkoba kəndindəki poçt şöbəsindən içərisində POS terminal, əmək haqqı kartları, təqvim möhürü və s. olan dəmir seyfin oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onların rayonun Türkoba kənd sakinləri A.Mirağayev və F.Əbilov olduqları müəyyən edilib.
Oğurladıqları seyf içərisindəki əşyalarla birlikdə onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi