Masazırda evdən qadın meyitinin tapılmasının təfərrüatı məlum oldu - FOTO
Abşeron rayonu Masazır qəsəbəsi Qara Qarayev küçəsində, atasının evində meyiti tapılan Səbinə Rzayevanın ölümünün bəzi təfərrüatları məlum olub.
Mərhumun atası Cavad Rzayev Report-un yerli bürosuna bildirib ki, qızı 20 ildən çoxdur narkotik istifadəçisidir.
Elə bu səbəbdən də o, yalnız 6 ay evli olub. Həmin evlilikdən də Ömər adlı bir oğlu dünyaya gəlib.
C.Rzayev bildirib ki, nəvəsi 10 ildən çoxdur onların himayəsindədir. Mərhum anası bir neçə aydan-bir uşağa baxmağa gəlirmiş: "Qızım boşandıqdan sonra Bakıda bizə məlum olmayan bir oğlanla münasibət qurdu və narkotikdən daha çox istifadə etməyə başladı".
Qeyd edək ki, S.Rzayeva bir neçə dəfə müxtəlif maddələrlə məhkumluq həyatı yaşayıb. Sonuncu dəfə isə tanışı tərəfindən döyüldükdən sonra atası evinə gəlib və orada vəfat edib.
Xatırladaq ki, sentyabrın 13-də saat 21 radələrində Abşeron rayonu Masazır qəsəbəsində evlərin birində 1983-cü il təvəllüdlü Rzayeva Səbinə Cavad qızının üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub.
Faktla bağlı araşdırma aparılır.





Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"