Maska ilə bağlı cərimələrin silinməsinə inanmıram' - Deputat
Azərbaycanda koronavirusa yoluxmaların xeyli azalması, aktiv xəstə sayının minimuma enməsi bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına səbəb oldu.
Son qərarla isə mayın 1-dən etibarən artıq maska tələbin də ləğv edildi. İki ildən sonra maskasız həyata geri dönən vətəndaşları indi isə bir məqam daha çox maraqlandırır. Maskanın məcburi olduğu vaxtlarda bununla bağlı vətəndaşlara yazılan cərimələrin silinib-silinməyəcəyi hər kəsi düşündürən məsələrdəndir.
Bəs maskaya görə yazılan cərimələr silinə bilərmi? Bununla bağlı gözləntilər varmı?
Milli Məclisin deputatı Rüfət Quliyev məsələ ilə bağlı azxeber.com-a fikirlərini bildirib.
Deputat qeyd edib ki, maskaya görə cərimələrin ləğv edilməsi ilə bağlı şaiyələr yayılıb. Amma o, bunun həyata keçiriləcəyinə inanmadığını bildirib:
"Belə şaiyələr yayılıb. Bununla bağlı məlumatlar var. Amma maska ilə bağlı cərimələrin silinməsinə inanmıram".
Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) görə, fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Aydın Nuri
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı