Maskdan qəfil qərar: "Twitter" ofislərini bağladı
Maskdan qəfil qərar: "Twitter" ofislərini bağladı
Yüzlərlə işçi sosial şəbəkənin yeni rəhbəri İlon Maskın tələblərinə uyğun olaraq işi davam etdirməkdən imtina etdikdən sonra "Twitter"in ofisləri qəfil bağlanıb.
Vəziyyətlə tanış olan mənbədən bildirilib ki, bu addım sosial şəbəkə daxilində fiziki təxribatın qarşısını almaq məqsədi daşıyır.
Bağlanma Maskın işçi təklifi üçün son tarix bitdikdən təxminən bir saat sonra baş verib. Əməkdaşlar milyarderin yeni "son dərəcə sərt" planları üzərində işləmək və ya şirkətdən çıxmaq barədə qərar verməli idilər. Maskın ultimatumunun dərcindən sonra işçilərin yarısından azı şirkətdə qalmaq qərarına gəlib. İşdən çıxmaq üçün ərizə yazanların dəqiq sayı açıqlanmasa da, onların yüzlərlə olduğu deyilir.
Bununla belə, qalan işçilərdən də ofisləri tərk etmək tələb olunub. Ehtimallara görə, onlar noyabrın 21-i, bazar ertəsi işə qayıda biləcəklər.
"Hər bir işçinin, həmçinin "Twitter" sistemlərinin və istifadəçi məlumatlarının təhlükəsizliyini təmin etmək üçün ofislərimiz müvəqqəti bağlanacaq, keçid dayandırılacaq", - deyə şirkətin işçilərə ünvanladığı məktublarda bildirilib.
Mənbə: Business Insider / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR