MDB Dövlət Başçıları Şurasının növbəti iclası Bişkekdə keçiriləcək
MDB Dövlət Başçıları Şurasının növbəti iclası 2023-cü il oktyabrın 13-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçiriləcək.
KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
"MDB liderləri 2023-cü il yanvarın 1-dən təşkilatda sədrliyin Qırğız Respublikasına keçməsi ilə bağlı qərar qəbul edəcəklər (Qazaxıstan və Rusiya həmsədr olacaq). Qırğız Respublikası MDB dövlət başçılarının Bişkekdə keçiriləcək növbəti sammitinin 13 oktyabr 2023-ci il tarxində keçirilməsini təklif edib. Bu təkliflərin təsdiq ediləcəyini gözləyirik", – o deyib.
Bundan əlavə, 2023-cü il yanvarın 1-dən İcraiyyə Komitəsinin sədri – MDB-nin icraçı katibi Sergey Lebedevin səlahiyyətlərinin daha üç il müddətinə uzadılması barədə qərarın təsdiqlənməsi gözlənilir.
Uşakovun sözlərinə görə, Astana iclasının iştirakçıları həmçinin 2024-2026-cı illər üçün MDB-də tematik illəri müəyyənləşdirəcək, həmçinin 2023-cü ildə MDB-nin mədəniyyət paytaxtını seçəcəklər.
"Burada Sankt-Peterburqun namizədliyinə baxılır. Bu təklifin də dəstəklənəcəyi gözləyirik", – o əlavə edib.//Report

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü