MDB ölkələrinə ixracın həcmi artıb - SİYAHI

MDB ölkələrinə ixracın həcmi artıb - SİYAHIMDB ölkələrinə ixracın həcmi artıb - SİYAHI
2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi 3 milyard 369,8 milyon dollar olub. 
Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, Azərbaycandan bu dövr ərzində MDB ölkələrinə 1 milyard 95,5 milyon dollarlıq məhsul ixrac edilib ki, bu 2019-cu ilin eyni dövrünə nisbətən 11,8 faiz çoxdur. Bu ölkələrdən Azərbaycana 2 milyard 274,2 milyon dollarlıq məhsul idxal olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz azdır.
2020-ci ilin 10 ayında MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 390,1 milyon dollar və ya 10,4 faiz azdır.
Azərbaycanla MDB ölkələri üzrə ən çox ticarət dövriyyəsinə sahib ölkə Rusiyadır. İki ölkə arasında ümumi ticarət dövriyyəsinin dəyəri 2 milyard 194,9 milyon dollar olub. Bu ilin 10 ayı ərzində Azərbaycandan Rusiyaya 565,6 milyon dollar dəyərində məhsul ixrac edilib. Ölkədən Azərbaycana isə 1 milyard 629,4 milyon dollar həcmində məhsul idxal edilib.
Ticarət dövriyyəsinə görə MDB üzrə 2-ci ölkə olan Ukrayna ilə ticarət dövriyyəsinin həcmi 659,8 milyon dollar olub. Azərbaycandan ölkəyə ixrac edilən məhsulların ümumi dəyəri 313,5 milyon dollar, ölkədən idxal edilən məhsulların dəyəri isə 346,3 milyon dollar olub.
Eləcə də, Belarus ilə ümumi ticarət dövriyyəsinin həcmi 252,6 milyon dollar olub. Belarusa ixrac edilən məhsulların ümumi dəyəri 161,2 milyon dollar, ölkədən idxal edilən məhsulların dəyəri isə 91,4 milyon dollar olub.
Həmçinin, Qazaxıstan ilə ümumi ticarət dövriyyəsinin həcmi 103,5 milyon dollar olub. Qazaxıstana ixrac edilən məhsulların dəyəri 21,8 milyon dollar, ölkədən idxal edilən məhsulların dəyəri isə 81,6 ABŞ dollarını təşkil edib.
Eləcə də, Türkmənistan ilə ticarət dövriyyəsinin həcmi 84,2 milyon dollar olub. Türkmənistana ixrac edilən məhsulların dəyəri 13,9 milyon dollar, ölkədən idxal edilən məhsulların dəyəri isə 70,2 milyon dollar olub.
Qrafikdə digər MDB ölkələri ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi əks olunub:
MDB ölkələrinə ixracın həcmi artıb - SİYAHINigar Məmmədova

Sosial       Tarix: 17 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql


son xeberler yeni xeberler azerbaycan xeberleri dunyada son xeberler xəbər az ən son xəbərlər bugün son xəbərlər azərbaycanda