"Mədəkiçiltmə əməliyyatı ölüm təhlükəsi saçır" İDDİALARI – HƏKİM DETALLARI AÇIQLADI

Artıq çəkidən xilas olmaq üçün aparılan mədəkiçiltmə əməliyyatı insanların son dövrlərdə ən çox müraciət etdiyi tibbi üsullardan biri olsa da, yaratdığı fəsadlar, hətta ondan sonrakı ölüm halları zamanla gündəm olur. Bəs prosedur hansı fəsadlara səbəb olur? Bu əməliyyat həqiqətən təhlükə riski yaradırmı?
Ümumi cərrahiyyə uzmanı, Türkiyənin Hacettepe Universitetinin Klinik anatomiya kafedrasının doktorantı, Mahmud Mahmudov mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandırıb.
– Mahmud bəy, mədəkiçiltmə əməliyyatının gətirdiyi fəsadlar, təhlükə riski və ölüm hallarına səbəb olması mütəmadi olaraq müzakirə edilir. Bu iddialar nə qədər doğrudur? Daha dəqiq desək, mədəkiçiltmə əməliyyatı nə qədər risklidir?
– Əvvəlcə çox qısa şəkildə "Mədəkiçiltmə əməliyyatı nədir və kimlərə, hansı şəraitdə icra olunmalıdır?" sualına aydınlıq gətirmək istəyirəm. Bildiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəmadi olaraq yenilənən statistikasına əsasən, hər il dünyada artıq çəkidən əziyyət çəkən və piylənmənin fəsadları ilə (yüksək təzyiq, xərçəng, ürəyin işemik xəstəlikləri, boyun və bel yırtıqları, başda diz olmaqla bütün oynaqlarda ağrılar, hərəkət məhdudiyyətləri, yuxu apne sindromu və s.) qarşılaşan insanların sayı durmadan artır. Son məlumatlara görə, Azərbaycanda qadınların 25%-i, kişilərin isə 18%-i piylənmədən əziyyət çəkir. Son illər isə təkcə ölkəmizdə deyil, eləcə də bütün dünyada piylənmədən sağlamlığı məhdudlaşdıracaq qədər əziyyət çəkən insanların mədəkiçiltmə əməliyyatı etdirməsi xeyli yayılıb. Bədən kütlə indeksi əməliyyata uyğun olan və əməliyyat üçün yüksək riskləri olmayan insanlar bu prosedurla qısa vaxtda öz ideal çəkilərinə qovuşaraq, yeni sağlam həyata başlayırlar.
Konkret haqqında danışılan faktların qarşısını almaq üçünsə həm xəstələrin, həm də həkimlərin bir sıra qabaqlayıcı tədbirlər görməsi vacibdir. Bu tədbirlər görülmədən və istənilən neqativ hadisənin səbəbini bilmədən baş verənləri ümumilikdə bütün dünyada icra edilən və mükəmməl nəticələrlə minlərlə insanı öz tibbi, psixoloji, sosial sağlamlığına qovuşduran bir əməliyyata şamil etmək doğru deyil. Nəzərə alaq ki, hər il dünyada digər standart əməliyyatlardan sonra baş verən bədbəxt hadisələr (ölümlə nəticələnən ağırlaşmalar, ağır infeksiya və s.) mədəkiçiltmədən sonra baş verənlərə nisbətdə xeyli azdır. Sadəcə "bariatric" əməliyyatlar daha populyar olduğu üçün və xəstələr xəstəxanaya "sağlam" gəldiyi üçün bu əməliyyatdan sonrakı ağırlaşmalar tez yayılır və birmənalı qarşılanmır.
Konkret risklərə gəlincə, standart əməliyyatlardan fərqli olan sadəcə "tikiş xətti"ndən qaynaqlanan sızmalardır. Əslində, faiz nisbəti elə də çox olmayan bu risklər xəstəyə əməliyyatdan əvvəl ətraflı izah olunmadan, pasient təhlillərdən keçirilmədən əməliyyata başlanılmamalıdır. Bütün standart əməliyyat risklərini minimuma endirmək və qarşısını almaq üçünsə aşağıdakı tədbirlər görülməlidir:
– Düzgün mütəxəssis seçimi. Bu, əməliyyat risklərini azaltmaq üçün ən önəmli faktorlardan biridir. Təəssüflər olsun ki, son zamanlar xəstələr sayı gündən-günə artan mütəxəssislər arasında seçim edərkən əsasən işi ən ucuz icra edənə üz tuturlar. Bu da öz növbəsində mənfi nəticələrə səbəb olur.
– Düzgün xəstəxana seçimi. Bəzən əməliyyatın nəticəsi həkim qədər onun əlindəki texnologiya, avadanlıq və şəraitindən asılı olur. Buna görə də ilk növbədə təkmilləşmiş reanimasiyası və ümumi cərrahdan başqa digər mütəxəssislərin də komanda şəklində çalışdığı böyük klinikalar seçilməlidir.
– Xəstənin hərtərəfli yoxlamalardan və müayinələrdən keçirilərək, əməliyyatönü risklərin aşkarlanması. Bəzən xəstələrin seçdiyi ucuz yerlərdə əməliyyat məsrəflərini azaltmaq üçün bir sıra vacib analizlər olunmur. Bu da öz növbəsində xoçagəlməz nəticələrə səbəb olur.
– Əməliyyat əsnasında doğru texniki vasitələrdən (stapler, ligasure və s.) istifadə olunması. Mənşəyi məlum olmayan, ucuz və daha əvvəl sınaqdan keçirilməmiş vasitələrin istifadəsi riskləri artıra bilər.
– Prosedur sonrası sıx xəstə təqibi. Əməliyyatlardan sonra bəzi kiçik ağırlaşmalar (ağciyər, təzyiq, emboliya və s.) vaxtında aşkaralanaraq müdaxilə edilərsə, böyük problemlərə səbəb olmaz.
– Əməliyyat sonrası həyat. Təəssüflər olsun ki, bəzən xəstələrimiz əməliyyatdan sonra hər şeyin bitdiyini düşünərək, öz sağlamlıqlarına laqeyd yanaşırlar ki, bu da uzunmüddətli risklərin ortaya çıxmasına səbəb olur. Belə ki, mədəkiçiltmə əməliyyatı keçirən bir şəxs uzun illər yemə-içmə, idman, psixo-sosial durumunu ciddi nəzarətdə saxlamalıdır.
– Doktor, bir sıra hallarda bu əməliyyatdan sonra xəstələrin ölməsi ilə bağlı iddialar ortaya atılır. Bunun hər hansı əlaqəsi varmı?
– Bayaq da qeyd etdiyim kimi, bu əməliyyat nəticəsində baş verən ölüm halları digər prosedurlarla müqayisədə üstünlük təşkil etmir. Birbaşa əməliyyatla bağlı ağırlaşmalara və uzunmüddətli nəticələrinə nəzər salsaq, mədəkiçiltmədən sonra normal hallarda ölüm baş verə bilməz. Ağırlaşmalar və bununla bağlı az faizlə ölüm hallarına isə təəssüflər olsun ki, sadə əməliyyatlarda belə rast gəlinir.
– Ölüm halları ilə yanaşı, pasientlərin müxtəlif xəstəliklərə yoluxduğu da iddia olunur…
– Belə fikirlər də tək çarəsi bu əməliyyatla sağlamlığına qovuşmaq olan xəstələri təşvişə salan yanlış yanaşmadır. Əsasən də xərçənglə bağlı narahatlıqların ciddi əsası yoxdur. Mədəkiçiltmə əməliyyatı xərçəngə səbəb olmur. Bu, məsələn, öd daşı, apendektomiya əməliyyatı keçirən bir insanın illər sonra xərçəngə tutulması və bunun həmin əməliyyatla əlaqələndirilməsinə bənzəyir ki, bu heç də doğru fikir deyil.
– Şübhələr olduğu üçün bu əməliyyatı arzulayan şəxslərə nə məsləhət görərdiniz? Ümumiyyətlə, mədəkiçilmə əməliyyatına ehtiyac varmı və əgər varsa, əsasən, nələrə diqqət olunmalıdır?
– Bu əməliyyatı planlayan insanlara əvvəlcə düzgün diaqnoz qoyacaq mütəxəssisə və xəstəxanaya müraciət etməsi məsləhətdir. Çünki bir çox hallarda uyğun olmayan xəstələrin də əməliyyata alındığının şahidi oluruq. Əgər doğrudan da bu əməliyyata ehtiyac varsa, həyata keçirilməsi önəmlidir. Əks halda, yaş artdıqca piylənmənin fəsadları ilə mübarizə daha çətin olacaq. Sağlamlığı təhdid edən faktorların aradan qaldırılması üçün heç vaxt gecikməməliyik.
Mərahim Nəsib,
KONKRET.az

Sağlamlıq     Baxılıb: 190   Tarix: 15 dekabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ekspertdən xəbərdarlıq: Rütubətli havada BUNLARI EDİN

Yağışlı və rütubətli hava şəraiti mövsümi xəstəliklərin artmasına, immun sisteminin zəifləməsinə və orqanizmin ümumi müqavimətinin aşağı düşməsinə səbəb olur. Belə dövrlərdə düzgün qidalanma təkcə sağlam qalmaq üçün deyil

ChatGPT ilə xərçəngə qarşı peyvənd hazırladı

Avstraliyada qeyri-adi tibbi yanaşma diqqət çəkib. KONKRET.azxəbər verir ki, İT sahibkarı Pol Koningem standart terapiyalar nəticə vermədikdən sonra iti Rozinin xərçəngini müalicə etmək üçün eksperimental mRNT peyvəndi hazırlayıb

5 ədəd badam yeyib, sonra idman et – Sirr

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər. -a istinadən xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmada

Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ

Ağrıkəsicilərdən istifadə artıq çox insan üçün gündəlik vərdişə çevrilib. Azacıq ağrı hiss edən kimi həkimə yox, aptekə üz tuturuq. Yəni, ağrının səbəbini öyrənmədən nəticəni aradan qaldırmağa çalışırıq. Halbuki həkim rəy

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

Avstriyada məşhur "Hipp" markalı uşaq qidası bankalarında siçan zəhəri tapılıb. KONKRET.azxəbər verir ki, bu barədə "CBC News" Avstriya polisinə istinadən məlumat yayıb. Polisin məlumatına görə, Burgenlan

Zəncəfilin faydaları və zərərləri - Mütəxəssis

Zəncəfil həm bioloji aktiv maddələrlə, həm də vitamin və minerallarla zəngindir. Tərkibində ətirli zəncəfil yağı da mövcuddur və lifli qidalar kateqoriyasına daxil olduğundan, sağlamlıq üçün çoxsaylı faydaları var.  xəbə

DİQQƏT! Ölümcül xəstəliyiniz varsa, bədəndə bu dəyişikliklər baş verir

Orqanizmimizdə hər hansı bir problem yarandıqda, immun sistemi buna reaksiya verir və ümumi sağlamlığın qorunması üçün müəyyən siqnallar göndərir. Bu hal dünyanın ən təhlükəli xəstəliklərindən biri olan xərçəng zamanı d

Qriplə əlaqədar epidemioloji vəziyyət

"Hazırda, qrip və kəskin respirator virus infeksiyaları ilə əlaqədar epidemioloji vəziyyət stabil və nəzarətolunandır". bildirir ki, bunu APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti


son xeberler yeni xeberler azerbaycan xeberleri xabarlar valyuta mezenesi cəbhədən video xeberler azerbaycan