Mədəniyyət Nazirliyi Səyyad Əlizadənin ölümü ilə bağlı nekroloq yaydı
Mədəniyyət Nazirliyi tanınmış müğənni Səyyad Əlizadınin ölümü ilə bağlı nekroloq yayıb.
Azxeber.com xəbər verir ki, nekroloqda deyilir:
"Azərbaycan mədəniyyətinə itki üz verib!
Müğənni Səyyad Əlizadə ömrünün 63-cü ilində vəfat edib.
Sənətçi 1958-ci il avqustun 6-da Füzuli rayonunun Babı kəndində anadan olub.
İlk təhsilini Babı kəndindəki orta məktəbdə alan S.Əlizadə uşaq yaşlarından məktəbdə keçirilən şənliklərdə və rayon ansamblında oxumağa başlayır. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olur. Təhsil aldığı illərdə "Arzu" Xalq Çalğı Alətləri Ansamblı ilə "Oxu tar", "İstedadlar axtarırıq", müsabiqələrinin, "SSRİ-Yunan gəncləri" Festivalının laureatı olub.
1987-ci ildə ilk albomu işıq üzü görür.Mərhum sənətçi "Gözlərimin yaşı", "Bəyaz gecələr", "Gül ki, ürəyim gülsün", "Bizim Metropoliten" kimi mahnıların ifaçısı olub.
Allah rəhmət eləsin!

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR