MEDİA Rusiya media nümayəndələrinin həlak olması ilə bağlı başsağlığı verib

MEDİA Rusiya media nümayəndələrinin həlak olması ilə bağlı başsağlığı veribMartın 24-də Rusiya Federasiyasının media subyektlərinin əməkdaşları – "İzvestiya" qəzetinin hərbi müxbiri Аleksandr Fedorçak, "Zvezda" telekanalının operatoru Аndrey Panov və çəkiliş qrupunun sürücüsü Аleksandr Sirkeli həlak olub, "Zvezda" telekanalının müxbiri Nikita Qoldin isə ağır yaralanıb.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Rusiya Federasiyasının media nümayəndələrinin həlakı ilə əlaqədar başsağlığı verib.
azxeber.com xəbər verir ki, başsağlığı mətnində qeyd olunub:
"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi baş vermiş hadisədən kədərləndiyini bildirir, vəzifə borclarını yerinə yetirərkən həyatını itirmiş media nümayəndələrinin yaxınlarına, Rusiyanın media ictimaiyyətinə başsağlığı verir və yaralanmış jurnalistin tezliklə sağalmasını arzulayır.
Bildiririk ki, münaqişə zonalarında çalışan jurnalistlərin təhlükəsizliyinin təmin olunması mühüm şərtdir.
Xatırladaq ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan mediası da dəfələrlə bu kimi itkilərə məruz qalmışdır. Belə ki, 1991-ci ildə "Molodyoj Azerbaydjana" qəzetinin müxbiri Salatın Əsgərovanın qətlə yetirilməsindən başlamış 2021-ci ildə Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində Ermənistan silahlı qüvvələrinin basdırdığı tank əleyhinə minaya düşərək həyatlarını itirmiş Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun həlak olmasına qədər Azərbaycan mediası çoxsaylı qurbanlar vermişdir.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi jurnalistlərin harada çalışmasından asılı olmayaraq, xüsusən də qaynar münaqişə zonalarında təhlükəsiz şəraitdə informasiya almaları üçün lazımi mühitin yaradılmasını vacib hesab edir".

Siyasi       Tarix: 26 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində dövlət naziri Səid bin Mübarək Əl-Haceri ilə görüşüb. xəbər verir ki, görüşdə Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı, ikitərəfl

Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərinin yekunlarına dair paylaşım edib. Hakan Fidan qeyd edib ki, Türkiyə və Azərbaycan bölgədə sabitliyin təmin olunmasında mühüm rol oynayan iki ölkədir. "Qarda

Prezident onları təltif etdi

Auditorlar Palatası üzvləri və əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, auditor fəaliyyətinin inkişafında xidmətlərin

Prezident Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, müraciətd

İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqa

Ərdoğan Azərbaycanı təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 15 Sentyabr – Bakının azad edilməsinin ildönümü ilə bağlı təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin X səhifəsində qeyd olunub. "Dost və qardaş Azərbaycanı

Hakan Fidanın bugünkü səfərinin rəmzi mənası var

Hakan Fidanın bu səfəri Azərbaycan-Türkiyə qardaşlıq tarixinin başqa önəmli bir günü ilə üst-üstə düşür. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıd

Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir

"Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir. Əgər o, Kərki olmasaydı, mən onu belə adlandırmazdım". KONKRET.azxəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, məsələnin hüquqi tərəfinə toxunara

Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbu


son xeberler yeni xeberler azerbaycan xeberleri beynelxalq bank mezenne kriminal xeber kriminal krminal bu gun