"Mediland"də xəstənin komaya düşməsi ilə bağlı araşdırma başladı
"Mediland"də xəstənin komaya düşməsi ilə bağlı araşdırma başladı
Xəbər verdiyimiz kimi, Bakıda oynaq ağrıları üçün "Mediland" klinikasında MRT müayinəsi olunan 64 yaşlı Qəmzə Süleymanova komaya düşüb. Onun həyat yoldaşı Mirzə Süleymanov prokurorluğa müraciət edərək, hadisə ilə bağlı cinayət işi başlanılmasını və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsini istəyib.
"Qafqazinfo" məsələ barədə müraciətin ünvanlandığı Xətai Rayon Prokurorluğuna sorğu göndərib.
Prokurorluqdan "Qafqazinfo"ya bildirilib ki, 12 aprel 2021-ci il tarixdə Mirzə Süleymanov həyat yoldaşı Qəmzə Süleymanovanın səhhətində yaranmış problemlə əlaqədar müalicəsi zamanı yol verilmiş həkim səhlənkarlığına görə Xətai Rayon Prokurorluğuna müraciət edib:
"Müraciət üzrə hazırda Xətai Rayon Prokurorluğunda araşdırma aparılır. Araşdırma zamanı həkim səhlənkarlığına yol verilib-verilməməsinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub. Hazırda araşdırma aparılır". /oxu.az
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR