Mədinə Quliyeva Şamaxıda keçiriləcək qlempinq haqda: "Məqsəd Azərbaycanın gözəlliklərini çatdırmaqdır" - FOTO

Mədinə Quliyeva Şamaxıda keçiriləcək qlempinq haqda: Mədinə Quliyeva Şamaxıda keçiriləcək qlempinq haqda: "Məqsəd Azərbaycanın gözəlliklərini çatdırmaqdır" - FOTO
Qlempinq anlayışı cəmiyyətimiz üçün bir qədər yeni və hətta haradasa qeyri-adidir. Qlempinq – "qlamur" və "kempinq" sözlərini birləşdirir. Beləliklə, bu, kempinqin daha komfort və qlamur bir növüdür. Ən yaxşı izahı - açıq havada möhtəşəm istirahətdir.
Bu konsepsiya 2005-ci ildə Böyük Britaniyada ortaya çıxdı. 2010-cu ildən qlempinq bütün dünyada fəal şəkildə inkişaf edir. Azərbaycanda ilk dəfə bu haqda "Cozy by Madi" şirkətinin baş icraçı direktoru Mədinə Quliyeva tərəfindən danışılıb və hətta təşkil olunub.
O, Media.Az-a müsahibəsində növbəti qlempinqin nə vaxt və harada keçiriləcəyindən danışıb:
- Qlempinqi ilk dəfə ötən il noyabrın 7-də Qəbələdə Vəndam qəsəbəsində təşkil etdik. Biz bunu Azərbaycanın 44 günlük Qarabağ müharibəsində qazandığı tarixi qələbə gününə həsr etdik. Bizdən əvvəl heç kim heç vaxt belə bir tədbir təşkil etməyib. Əvvəlcə bizim əsas məqsədimiz insanlara doğma Azərbaycanımızın gözəlliyini, bənzərsiz təbiəti ilə zənginliyini göstərmək idi. Biz qonaqlara ecazkar mənzərələrə heyran olmaqla yanaşı, komfortlu istirahət imkanı vermək istəyirdik. İnanın, səfərimizdən sonra çoxları sanki Qəbələni özləri üçün yenidən kəşf etdilər. İndiki kimi yadımdadır, bizdə o vaxt 250-yə yaxın qonaq yığılmışdı.
- Qlempinq ildə bir dəfə keçirilir?
- Yox, biz bu tədbiri ildə dörd dəfə keçirməyi, hər mövsümdə olan tədbirə çevirməyi planlaşdırırdıq. Təəssüf ki, nəzərdə tutulan konsepsiyaya əməl edə bilmədik, pandemiya planları bir qədər dəyişdi, lakin bu il hər şeyi düzəltmək fikrindəyik.
- Qarşıdan gələn qlempinq neçə gün davam edəcək və bu dəfə harada baş tutacaq?
- Biz iki günlük planlaşdırmışıq, 28 və 29 may tarixlərini əhatə edəcək zəngin proqram hazırlamışıq. Artıq başa düşdüyünüz kimi, bu tədbir Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunub. Qlempinq Şamaxı Rəsədxanasının ərazisində keçiriləcək.
- Bu zövqü-səfa neçəyə başa gəlir?
- Bilet bir növ tədbirə dəvət kimi 85 manatdır. Bu qiymətə sizi Bakıdan Şamaxıya və geriyə aparacaq komfortlu avtobus daxildir. Bundan əlavə, "Le Plaisir" qənnadı şirkəti ilə birlikdə komandamız tərəfindən təqdim olunacaq və bəzədiləcək ən uzun furşet süfrəsi təşkil olunacaq. Başqa ləzzətləri dadmaq istəyənlər üçün "CupCup Coffee", "PAPA QURMAN – KABABSHOP", "Mezze Bar Baku", "Hop-Hop cooking", "Meatadore" burgerləri, həmçinin "SAVALAN Wine" və "Alcopoint" içkilərinin təqdim olunacağı fud-kort yaradılacaq.
Bundan əlavə, hər kəs müğənni Ülviyyə Rəhimovanın canlı ifasından zövq ala biləcək. Tədbir boyu "NF Close Party", "DJ Asiman" və Hazi Karim bizi gözəl musiqi və əhval-ruhiyyə ilə təmin edəcək.
Uşaqların asudə vaxtları da təşkil olunacaq, onları animatorlar, sehrbaz, feys-art ustası əyləndirəcəklər. Biz uşaqlara təbiətə uyğunlaşmağı, onunla ünsiyyət qurmağı və qorxmamağı öyrətmək istəyirik, ona görə də kempinq mövzusunda master-klaslar təşkil edirik. Bütün bunları fotoqraflar Seyrana və Abakar Hacıyev, eləcə də videoqraf tərəfindən qeydə alınacaq.
Görüntülər dronla çəkiləcək, ona görə də bütün qonaqları əhval-ruhiyyə yaratmaq üçün pastel rənglərdə geyinməyə dəvət edirik.
"CoinCasa" və "KARE Baku"nun köməyi və məhsulları sayəsində qlempinq ərazisində xüsusi fotozonalar yaradılacaq. Fəal və sağlam həyat tərzini sevənlər üçün isə badminton, stolüstü futbol, ​böyüklərə ​batutlarda tullanmaq üçün oyun və idman meydançaları təşkil edirik. Fərqli vaxt keçirməyi sevənlər üçün dostumuz və gözəl yoqa təlimatçısı Sabina Şahi ("Yoga Shahi"nin təsisçisi) bizimlə olacaq. Mayın 29-u səhər saatlarında isə Diana Əhmədbəylinin rəhbərliyi ilə dartınma hərəkətlərindən yararlanmaq imkanı olacaq.
- Proqram zəngindir...
- Bəli, ən əsası maraqlıdır. Mən bütün sirləri dərhal açmaq istəmirəm, amma maraqlı master-klaslar və stolüstü oyun çempionatları var. Axşam açıq səma altında kinoteatrda ailə filminə, daha sonra isə sevimli komandanızı dəstəkləmək üçün UEFA Çempionlar Liqasının finalına baxa bilərsiniz. Həmçinin ulduzlu səmadan həzz almaq fürsəti hamımız üçün sürpriz olacaq.
- Bəs gecələmək istəyənlər?
- Hər iki günü bizimlə keçirmək istəyənlər əlavə ödənişlə hotel otağı ala və ya çadır icarəyə götürə bilərlər. Bir çox qonaq öz çadırları ilə gəlir.
- Maraqlıdır... Çadırda gecələməyə hazır olanlar çoxdur?
- Bəli. Marağın bu qədər çox olacağını gözləmirdik. İlkin olaraq 20 çadır nəzərdə tutuldu, onları "Yonca" şirkəti təmin etdi, lakin biz əlavə çadırlar sifariş etməli olduq. Beləliklə, ümumilikdə 50 çadır alındı.
- Qlempinqdə ümumilikdə neçə nəfər iştirak edəcək?
- 300-ə yaxın bilet satmışıq. 60%-i çadırlarda gecələyəcək, 20%-i hotel seçib və eyni sayda qonaq (saat 21:00 və ya 01:00) Bakıya qayıdacaq. Hər şey onların istəyindən asılıdır.
- Qlempinq hansı kateqoriya üçündür?
- Tamamilə fərqli kateqoriyalar üçün. İstənilən şəxs belə dəbdəbəli tətildən ləzzət alacaq. Biz də öz növbəmizdə həm böyüklər, həm də gənclərin gəlişinə şadıq. Uşaqlı ailələr üçün də çox maraqlı şeylər hazırlanır. Üstəlik, yeddi yaşdan kiçik uşaqlara bilet ümumiyyətlə lazım deyil.
Sonda qeyd etmək istərdim ki, qonaqlarımız çox vaxt müxtəlif kommersiya şirkətlərinin nümayəndələri olur. Onlardan bəziləri sponsor kimi də iştirak edir.
Mədinə Quliyeva Şamaxıda keçiriləcək qlempinq haqda: Mədinə Quliyeva Şamaxıda keçiriləcək qlempinq haqda: Mədinə Quliyeva Şamaxıda keçiriləcək qlempinq haqda: Mədinə Quliyeva Şamaxıda keçiriləcək qlempinq haqda: Mədinə Quliyeva Şamaxıda keçiriləcək qlempinq haqda: Mədinə Quliyeva Şamaxıda keçiriləcək qlempinq haqda: Mədinə Quliyeva Şamaxıda keçiriləcək qlempinq haqda: Mədinə Quliyeva Şamaxıda keçiriləcək qlempinq haqda: /oxu.az

Turizm       Tarix: 24 may 2022
f Paylaş

Oxşar xəbərlər

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. Qazaxıstanın ən böyük aviaşirkəti "Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. -ın məlumatına görə, bu barədə aviaşirkətin mətbuat xidmət

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO. Frankfurt-Maynda keçirilən nüfuzlu "Passenger Terminal Expo 2024" konfransında "Azərbaycan Hava Yolları"


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər cəbhədən son xəbərlər xeberler bu qun sonxeber az