Mehdiyevlə Kərimlinin "qara qutusu" Bakıya gətirilir

Mehdiyevlə Kərimlinin Milli Şuranın üzvü və keçmiş deputat Gültəkin Hacıbəyli Bakıya təhvil verilir. Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib və Azərbaycana deportasiya olunacağı barədə məlumat verib.
Sitat: "3 gün öncə saxlanıldığım Arnavutköy Geri Göndərmə Mərkəzindən çıxarılaraq Çatalca Geri Göndərmə Mərkəzinə gətirilmişəm. Aldığım məlumata görə, bu mərkəzdə saxlanılanlar adətən daha qısa müddətdə burada tutulurlar. Ona görə də belə bir təəssürat yaranır ki, mənim məcburi qaydada Azərbaycana göndərilməyim üçün hansısa hazırlıq işləri aparılır".
Onun istintaqa təhvil verilməsi və ifadələri bəzi mübhəmləri, sirləri üzə çıxara bilər. Çünki iddialara görə AXCP sədri Əli Kərimli ilə hakimiyyətdən vurulan və revanş hissi ilə qovrulan şəxslərlə, başda Ramiz Mehdiyev olmaqla, aranı Gültəkin Hacıbəyli düzəldib, koordinasiya onun üzərindən həyata keçirilib.
Hacıbəylini hansı hüquqi prosedurlar gözləyir? O, istintaqa cəlb ediləcək?
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan hüquqşünas Fərhad Mehdiyev Gültəkin Hacıbəylinin istintaqa cəlb olunacağını bildirib:
"Onun Türkiyədə saxlanılması məhz istintaqa cəlb olunması ilə bağlıdır. İstintaq artıq başlayıb və o, istintaq çərçivəsində Türkiyədən istənilib. Odur ki, geri qaytarılan kimi istintaqa cəlb olunacaq. Həbs olunması üçün isə istintaqın təqdimatı əsasında məhkəmə qərar verəcək".
Politoloq Əhəd Məmmədli Gültəkin Hacıbəylini müxalifətçi saymadığını vurğulayıb:
"Gültəkin Hacıbəyliyə mandat verilmədiyi üçün müxalifətə qoşuldu. İndi isə Türkiyədən deport edilib. Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevlə əlaqəsinin olub-olmamasına gəlincə, onun Ramiz Mehdiyevi təriflədiyinə dair videosu var. Heç qız öz atasını elə tərifləməz. Demirəm ki, onu tərifləməsi ilə hansısa şəbəkənin üzvüdür və ya Rusiyaya işləyib, amma fakt görünən odur ki, Hacıbəyli hakimiyyətdə olanda Mehdiyev onun ağsaqqalı olub. Mən ədalətli məhkəmənin tərəfdarıyam. Məsələ araşdırılsın, günahı varsa, həbs edilsin. Düşmən də olsa, əsas hər şey ədalətli olsun. Hər kəs ədalət qarşısında cavab verməlidir".
Politoloq Fuad Heydər isə deyib ki, "Ramiz Mehdiyev işi" ilə bağlı istintaq davam etdiyi üçün prosessual qanunvericiliyə əsasən, istintaq materialları barədə fikir bildirmək düzgün olmaz:
"Hər hansı spekulyasiya və fikir mübadiləsi yanlış addımların atılmasına səbəb ola bilər. Ramiz Mehdiyev barəsində həbslə bağlı qətimkan tədbiri seçildikdən sonra Əli Kərimli və onun ətrafının səngiməsi, hətta Gültəkin Hacıbəylinin Türkiyədəki fəaliyyətləri (oğlunun təhsili üçün oturum izni alması və s.) absurd iddialarla əlaqələndirilir. Gültəkin Hacıbəylinin vəziyyətini Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq prosesi müəyyən edəcək. Əgər Hacıbəyli Bakıya dəvət edilir və ya gətirilirsə, bu, istintaqa cəlb olunması ilə bağlıdır. Cinayətdə iştirakı olmasaydı, heç kimin onunla işi olmazdı".
Politoloqun sözlərinə görə, AXCP-nin indiyədək fəaliyyəti əsasən dövlətə xəyanət olub:
"Əli Kərimlinin rəhbərlik etdiyi partiyanın əvvəlki dövrlərdə fitnə-fəsad və dövlət maraqlarına qarşı fəaliyyət göstərdiyi məlumdur. Məsələn, 44 günlük Vətən müharibəsi zamanı bütün partiyalar dövlət başçısını dəstəkləyərkən, Əli Kərimli və dəstəsi buna qoşulmayıb, özlərini muxtariyyət hüququna malik hesab edirdilər. Bu gün baş verən həbslər qaçılmaz görünür və AXCP-nin ləğv olunması ehtimalı da gündəmdədir. Partiyanın üzvlərinin dövlətə, vətənə və vətəndaşlara qarşı fəaliyyəti, həm Avropa, həm də Ermənistanla əlaqələri sirr deyil. Bura Gültəkin Hacıbəyli də daxildir".
Fuad Heydərin fikrincə, Gültəkin Hacıbəyli Bakıya gətirilməli və onun deputatlıq dönəmindən tutmuş, Milli Şuranın üzvlüyünə qədər bütün fəaliyyəti araşdırılmalıdır. Politoloq düşünür ki, Gültəkin Hacıbəyli Bakıda dindirilməli və bütün qanunsuzluqların araşdırılması təmin olunmalıdır.

Siyasi       Tarix: 17 dekabr 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İranla sazişdən sonra ABŞ Rusiya ilə bağlı bu addımı atacaq – Kreml nə gözləyir?

ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskvaya səfəri Vaşinqton və Tehran arasında nəzərdə tutulan memorandumun imzalanmasından sonra baş tuta bilər. -a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçis

Leyla Əliyeva UNFCCC-nin icraçı katibi Saymon Stillə görüşdü

Leyla Əliyeva Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCC) icraçı katibi Saymon Stil ilə görüş keçirib. Görüşdə Azərbaycanın ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunmas

Netanyahudan ABŞ-la bağlı ŞOK PLAN

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ ilə İran arasında əldə edilməsi planlaşdırılan yekun razılaşmaya mane olmaq üçün genişmiqyaslı diplomatik və media kampaniyasına başlayıb. CNN telekanalına açıqlama verən israill

İranın Cənubi Qafqaz planı: Ermənistanla birgə nələr hazırlanır?

"İranla Ermənistan arasında münasibətlərin yaxın perspektivdə birbaşa hərbi ittifaq və ya ortaq hərbi əməliyyat səviyyəsinə keçməsi real görünmür. Bunun əsas səbəbi ondan ibarətdir ki, hər iki ölkə əməkdaşlığı daha ço

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

Prezident İlham Əliyev Niderlandın Baş naziri Rob Jetten ilə telefon danışığı aparıb. Bu barədə Prezident İlham Əliyevin sosial media hesablarında paylaşım edilib. Bildirilib ki, telefon danışığı zamanı tərəflər siyasi dialoqu

ABŞ bu ölkədə silah anbarı tikir

ABŞ ordusu Hind-Sakit okean regionundakı çevikliyini və cavabvermə sürətini artırmaq məqsədilə Avstraliyanın cənub-şərq sahillərində dəniz piyadaları korpusu (Marine Corps) üçün daimi və döyüşə hazır silah anbarı yaratmağ

"Coğrafi yerləşmə bəzən başağrısı ola bilər

"Sadəcə, xəritəyə nəzər salsaq görərik ki, Azərbaycan Avropa və Asiyanın arasında yerləşir". xəbər verir ki, bunu Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılı

Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi

"Toplantımızın Azərbaycanın Milli Qurtuluş Günü ilə üst-üstə düşməsi xüsusilə əlamətdardır. Bu gün - ölkənin sabitlik, dayanıqlılıq və yenilənmə yolunda yeni mərhələyə qədəm qoymasını təmin edən tarixi dönüş nöqtəsidir"

Rusiyada Hakan Fidana fəxri ad verildi

Türkiyənin xarici işlər naziri Hakan Fidana Rusiyanın nüfuzlu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MGIMO) tərəfindən fəxri doktor adı verilib. KONKRET.azxəbər verir ki, Rusiyaya rəsmi səfəri çərçivəsində təşki


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeber.az xeberler bu qun oxu.az xeberler axsam az xeberler