Məhdudiyyətlər Qərbin özünə ziyandır – AÇIQLAMA
İki aydan çoxdur Ukraynada işğalçı müharibə aparan Rusiya çətin sınaqlar qarşısındadır. Qərbin tətbiq etdiyi sanksiyalara görə iqtisadi çöküş yaşayan şimal qonşumuz görünür hələ yaxşı günlərini yaşayır. Belə ki, ABŞ Maliyyə Nazirliyi Rusiyanın dövlət borcu üzrə ödənişlərini bloklamağı planlaşdırır. Bayden administrasiyası mayın 25-dən sonra Rusiyanı avrobondları üzrə ödəmə qabiliyyətindən tamamilə məhrum etməyə hazırdır. Məlumata görə, bu addım Moskvanı defolt həddinə yaxınlaşdıra bilər.
Maraqlıdır, ABŞ həqiqətən də belə bir addım ata bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını iqtisadçı ekspert Cəfər İbrahimli cavablandırıb. O bildirib ki,
"Rusiyanın maddi resurslarına bütün banklarda blok qoyulub. Rusiya-Ukrayna müharibəsi vaxtı qiymətli kağızlar üzrə faiz ödənişlərinin vaxtı çatdı. Həmin ərəfədə müvəqqəti olaraq blok qaldırıldı və faizlərin ödənilməsinə icazə verildi. Rusiya həmin ödənişlərin edilməsi ilə bağlı təlimat verdi. Lakin bundan sonrakı mərhələdə problemin necə olunacağı sual altındadır. Rusiyanın dövlət borcları ABŞ-ın və Avropanın aparıcı banklarına və şirkətlərinə məxsus olduğu üçün bu borcların ödənilməsi Rusiyadan çox qarşı Qərbə faydalıdır. Buna görə də həmin borcların ödənişinə belə bir məhdudiyyətin tətbiq olunmayacağını düşünürəm. Çünki həmin məhdudiyyətlər Qərbin özünə ziyandır".
İqtisadçı fikirlərinə belə davam edib:
"Lakin Qərb Rusiyaya birmənalı olaraq sərt qadağa qoyarsa Rusiya borclarını ödəyə bilməyəcək Belə olan təqdirdə Moskva texniki defolt vəziyyətinə düşmüş olur. Rusiya defolt vəziyyətinə düşdükdən sonra qiymətli kağız buraxa bilməyəcək. Müharibənin qarşısında texniki defolt isə Rusiya üçün mühüm bir şey ifadə etmir. Lakin düşünürəm ki, bu ödənişlərin edilməsinə icazə veriləcək".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
İran nüvə silahına sahib ola bilməz
Azərbaycanda Anım Günüdür
Tovuzda yolu keçmək istəyən iki məktəblini avtomobil vurdu
Elnarə Abdullayeva nənə olacaq
Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə
Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan