Məhəbbət Kazımovun doğum günüdür
Bu gün Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar artisti Məhəbbət Kazımovun doğum günüdür.
azxeber.com xəbər verir ki, əsl adı Möhübbət Allahverdi oğlu Kazımov 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub.
Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi təsərrüffatla məşğul olub. Anası Südabə isə evdar xanım olubdur.
Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıbdır. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilmişdir. Musiqi təhsili alması üçün qohum-əqrabanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə getmişdir. Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunmuşdur. İlk muğam dərslərini Nəriman Əliyevdən almış, sonradan Ağaxan Abdullayevin sinifində oxumuşdur.
1976-cı ildən professional səhnədə çıxış edirdi. "Dan ulduzu" ansamblının solisti olmuşdur. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər vermişdir. Bir çox xarici ölkələrdə, Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və başqa ölkələrdə qastrol səfərlərində olubdur.
Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox tanınmış mahnı və muğamlar oxuyubdur. Ən çox sevilən mahnılarından biri də "Laçınım" mahnısıdır. 14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının Əməkdar artist fəxri adına layiq görülmüşdü.
1990-cı ildə ailə həyatı qurub, üç övlad atası idi.
27 yanvar 2014-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. O, yanvarın 28-də Xırdalan qəbiristanlığında dəfn olunmuşdur.
Məhəbbət Kazımov vəfat edənə qədər "Laçın" instirumental ansambılının rəhbəri olmuşdur.
Aysel

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür