Məhkəmə həbsdə olan "Ekstrasens Hikmət"lə bağlı qərar verdi

Məhkəmə həbsdə olan Ali Məhkəmədə özünü falçı kimi təqdim edərək vətəndaşın xeyli pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan Mətləb Nemətullayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökm ilə Quba rayon Qam-qam kənd sakini olan falçı Mətləb Nemətullayev Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) və 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bilinib və o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Qeyd: Məlumata görə, Nemətullayevin cinayətinin üstü xanım müştərisinə hədə-qorxu gəldikdən sonra açılıb.
İttihamda göstərilib ki, "İnstaqram"da "Baxıcı Ekstrasens Hikmət" adı ilə fəaliyyət göstərmiş təqsirləndirilən şəxs falçı xidməti üçün müraciət edən Mədinə Məmmədovanı (şərti) aldadıb. O, müştərilərinə özünü Hikmət adı ilə təqdim edib və əsl kimliyini gizlədib.
Mədinə ailəsində yaranmış problemin həll olunması, evindəki caduların təmizlənməsi, qardaşının ondan ayrılmaq üzrə olan həyat yoldaşının evə qayıtmasını və övladını abort etdirməməsi, anasının ölümcül xəstəliyə qalib gəlməsi və qardaşının əsəblərinin hər zaman sakit olması üçün Mətləbə ümumilikdə 7 min 790 manat pul verib. Təqsirləndirilən şəxs söz verib ki, zərərçəkmişin qeyd etdiyi bütün problemləri aradan qaldıracaq. Lakin bir müddət sonra müttəhimlə zərərçəkmişin arası pozulub. Mətləb cadugar kimi göstərdiyi xidmətə görə Mədinədən daha 2400 manat miqdarında pul tələb edib. Zərərçəkmiş şəxs pulu verməkdən imtina etdikdə isə Mətləb onu özü və yaxın qohumları haqda rüsvayedici məlumatlar yayacağı ilə hədələyib. Bundan əlavə, qisas almaq niyyəti ilə zərərçəkmişin qardaşının və onun qayınanasının şəkillərini sosial şəbəkəyə yerləşdirib.
Polisə müraciət daxil olandan sonra o, saxlanılıb.

Hadisə       Tarix: 29 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var

Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. -ya istinadən xəbər verir ki, Əhmədli metrostansiyasının qarşısında "BMW" və "Hyundai" markal

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

Almaniyanın Bremen şəhərində autizmdən əziyyət çəkən 18 yaşlı gənc sərnişinlərlə dolu marşrut avtobusunu qaçıraraq xəyali marşrut üzrə idarə edib. bildirir ki, bu barədə NDR teleradio şirkəti yerli polisə istinadən məluma

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı

Türkiyənin İstanbul şəhərində fasiləsiz yağan leysanın səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb. milliaz-a istinadən xəbər verir ki, üç gündür axtarışları aparılan dörd itkin düşmüş şəxsdən dah

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Türkiyənin 7 vətəndaşına qarşı cinayət işi açıb ki, onlardan da biri Fateh Tezcandır. -a istinadən xəbər verir ki, Fateh Tezcan 1976-cı ildə İstanbulun Bakırköy rayonunda anadan olub

Kişi arvadını və 3 yaşlı uşağını bıçaqladı

Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib. KONKRET.azTeleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, "Müəllimlər Binası" kimi tanınan yaşayı

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil


azerbaycan xeberleri yeni xeberler son xeberler idman xeberleri sonxabar az sou xeberler sonxeberler