Məhkəmədən həbs edilmiş partiya sədri ilə bağlı QƏRAR
Vətəndaş və İnkişaf Partiyasının həbsdə olan sədri Əli Əliyevin barəsində Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı Ramin Ədilov tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətlə bağlı məhkəmə prosesi başa çatıb.
KONKRET.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Əli Əliyevə beş ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə altı ay azadlıqdan məhrum etmə cəzası seçilib.
Xatırladaq ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.
İddiaçılar şikayət ərizəsində Əli Əliyevin altı ay müddətinə azadlıqdan məhrum edilməsini istəyiblər.
Şikayətlərdə göstərilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Xüsusi ittihamçıların şikayətləri ayrı icraatda araşdırılıb.
Yanvarın 13-də Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə DSX-nin polkovnik-leytenantı Emil Cəfərovun şikayəti ilə bağlı qərar qəbul olunub.
Qərara əsasən, Ə.Əliyev beş ay müddətinə həbs edilib.

Mütəxəssislərdən xəbərdarlıq: Bu dəri əlaməti bağırsaq problemlərinin ilk siqnalı ola bilər
Yayda bu qidalar zəhərlənmə riskini artırır – Diqqətli olun
Kamilo Duran bu kluba transfer olundu - Rəsmi
"Neftçi" Sloveniyada növbəti matçına çıxır
Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm
NATO sammitinə sözardı - Sülh və tərksilahdan danışan yoxdur
Kanalda yeniyetmə boğuldu
Azərbaycanda turizm canlanacaq: Yeni proqram sektorun problemlərini həll edəcək
Banklara gedənlər üçün vacib xəbər: Valyutaların alış-satış qiymətləri
Azərbaycan nefti bahalaşdı
Müşfiqabadda yaşayış binasında yanğın olub
"Neftçi"dən böyükhesablı qələbə
Norveç İngiltərəyə, Argentina isə İsveçrəyə qarşı
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək
Bu məhsullar gömrük rüsumundan azad edilir