"Mehmed: Fəthlərin Sultanı" serialında yeni sima
"TRT 1"in sevilən və geniş izləyici auditoriyasına sahib olan tarixi serialı "Mehmed: Fəthlərin Sultanı"nın aktyor heyəti böyüməyə davam edir.
azxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, rejissorluğunu Şafak Balın, ssenari müəllifliyini isə Serdar Özönalanın etdiyi bu möhtəşəm layihədə baş rolu Serkan Çayoğlu canlandırır.
Serial Osmanlı Sultanı II Mehmedin (Fatih Sultan Mehmed) həyatından və tarixi fəthlərindən bəhs edir. Çəkilişləri böyük büdcə və diqqətli hazırlıqla reallaşan serial çərşənbə axşamları TRT 1-də yayımlanır.
Məşhur aktyor Gürkan Uygun serialın sezon finalı bölümü olan son seriyada tamaşaçı qarşısına çıxıb. Onun seriala daxil olması izləyicilər və serialın pərəstişkarları arasında böyük maraq və həyəcanla qarşılanıb. Gürkan Uygunun canlandıracağı obraz və bu obrazın hadisələrin gedişinə necə təsir edəcəyi növbəti mövsümdə bəlli olacaq.
Qeyd edək ki, Gürkan Uygun daha əvvəl də bir çox tarixi və dram janrında olan seriallarda uğurlu çıxışları ilə tanınıb və aktyorluq bacarığı ilə tamaşaçılardan yüksək rəğbət qazanıb. Onun "Mehmed: Fəthlərin Sultanı" serialına qatılması layihəyə əlavə maraq qatacağı gözlənilir.
Aysel
Xidmetler [newsid: 0-123300]

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür