Mehmet Oktay: "Göstərilən böyük dəstəyə görə Azərbaycan dövlətinə və xalqına minnətdarıq
İyulun 29-da gecə saatlarında başlayan yanğınlar təkcə meşələrimizə deyil, yaşayış məntəqələrinə də böyük zərər vurub. Əminəm ki, bütün bu çətinliklər arxada qalacaq, yanğının fəsadları tezliklə aradan qaldırılacaq.
Bu fikirləri AZƏRTAC-ın yanğın bölgəsində fəaliyyət göstərən xüsusi müxbirinə müsahibəsində Muğla vilayətinin Marmaris rayon bələdiyyəsinin sədri Mehmet Oktay ifadə edib.
nomre.bakcell.com
Daha ətraflı
Yeni növ koronavirus (COVID-19) infeksiyasının Marmarisin iqtisadiyyatına, eləcə də turizmə böyük zərər vurduğunu, meşə yanğınlarının çətinlikləri daha da ciddiləşdirdiyini söyləyən bələdiyyə sədri Mehmet Oktay alovlarla mübarizədə kömək edənlərə təşəkkür edib, bölgədə fəaliyyət göstərən Azərbaycan yanğınsöndürənlərinin fədakarlığını yüksək dəyərləndirərək Azərbaycan dövlətinə və xalqına minnətdarlıqlarını ifadə edib.
Xatırladaq ki, Azərbaycan yanğınsöndürənləri alovların tuğyan etdiyi Marmaris bölgəsində də böyük şücaət göstəriblər. Qardaş ölkədə baş verən meşə yanğınlarının söndürülməsi üçün hazırda Türkiyədə FHN-in 743 əməkdaşı fəaliyyət göstərir. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, "BE-200ÇS" tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunub. Bu qüvvələr Muğla vilayətinin Köyceğiz rayonunun Pınar və Çayhisar kəndlərində yanğınların yayılmasının qarşısını alıblar.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı