Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxarıb? - ÖZÜNDƏN AÇIQLAMA

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxarıb? - ÖZÜNDƏN AÇIQLAMABu gün mətbuatda yayılan xəbərə görə Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə aktyor Corc Qafarovu ona həvalə olunan roldan imtina etdiyi üçün işdən çıxarıb.
Bununla bağlı aktyorla əlaqə saxladıq. azxeber.com-a açıqlama verən Corc Qafarov deyilənlərin həqiqəti əks etdirmədiyini bildirib:
Aktyor verdiyi açıqlamada "Xəbər doğrudur, sadəcə səbəb o deyil. Mən Rusiyada çəkilişlərdə olanda bu xanım teatra yeni bədii rəhbər olaraq gəlmişdi. Çox sevindik, onu sevgi ilə qarşıladıq ki, bu xanım gözəl tamaşalar quracaq. İlk gündən də hər kəslə kobud davranırdı. Mənə bir rol verdi, bu da "Manqurt" rolu idi. Mən məşqlərdə bunu sevməyərək oynayırdım. Çünki eyni rolu mən başqa zaman da oynamışdım. O zaman rolumu çox da sevirdim. Təkrar rol olduğu üçün istəmədim bu dəfə.  Bir gün məşqdə mən dedim ki, burada oturan bütün böyüklərdən üzr istəyərək Mehriban xanıma bir söz demək istəyirəm. Hamı da məni izləyirdi. Dedim yəqin ki, siz də hiss edirsiniz ki, mən bu rolu istəməyərək ifa edirəm, özümü məcbur hiss edirəm" deyə bidirib.
Aktyor öz istəyi ilə işdən çıxdığını təsdiqləyib:
"O, məni təhqir edərək çox pis ifadələr işlətdi və sonda mənə dedi ki, "Oynamırsansa get ərizəni yaz, teatrdan çıx". Mən təbii ki, bunu problem eləmədim və rəhbərliyin yanına gedərək, ərizəmi yazaraq könüllü şəkildə işdən çıxdım. Çünki Mehriban xanımın məni işdən azad etmək səlahiyyəti yoxdur, bu rəhbərin işidir".
Xatırladaq ki, aktyor Corc Qafarov müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğludur.
Aysel Hacızadə

Şou Biznes       Tarix: 07 sentyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bugun xeber.az bu gun son xeberler bu gun xeber