Mehriban Əliyeva "Lujniki" Olimpiya Kompleksinin Gimnastika Mərkəzində - FOTO

Mehriban Əliyeva "Lujniki" Olimpiya Kompleksinin Gimnastika Mərkəzində - FOTOMehriban Əliyeva "Lujniki" Olimpiya Kompleksinin Gimnastika Mərkəzində - FOTO
Noyabrın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfəri çərçivəsində "Lujniki" Olimpiya Kompleksində Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın Gimnastika Mərkəzi ilə tanış olub. 
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı "Lujniki" Olimpiya Kompleksində Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova qarşıladı. 
Birinci vitse-prezident Mehriban Əliyeva burada İrina Viner-Usmanovanın Gimnastika Mərkəzi ilə tanış oldu. 
Məlumat verildi ki, bu ilin iyun ayında açılan Gimnastika Mərkəzində məşq zalları, məşqçilər və hakimlər üçün otaqlar, multimedia muzeyi, şərhçi otaqları, yeməkxana, press-bar və emalatxanalar var. 
Mərkəzdə bədii gimnastikanın tarixində ilk multimedia muzeyi yaradılıb. Muzeyin ekspozisiyasına taç-masa ilə birlikdə 5 LED ekran daxildir. Həmin ekranlar vasitəsilə bədii gimnastikanın tarixi, bu idman növündə fərqlənənlər, Rusiyanın gimnastika məktəbləri haqqında məlumatlar əks olunur. 
Sonra əsas arena ilə tanışlıq oldu. 
Bildirildi ki, Gimnastika Mərkəzinin yerləşdiyi ərazinin ümumi sahəsi 25,7 min kvadratmetr olmaqla beş mərtəbədən və nadir layihə əsasında informasiya modelləşdirilməsi texnologiyalarının tətbiqi ilə bir yeraltı mərtəbədən ibarətdir. Binanın gimnastika lenti formasında damı Gimnastika Mərkəzinin rəmzinə çevrilib. Bina beynəlxalq səviyyəli yarışlar keçirilməsinin və idmançıların peşəkar hazırlığının bütün tələblərinə cavab verir. Gimnastika Mərkəzi yarış vaxtı 500 idmançı və 4 minədək azarkeş tutumuna malikdir. 
Qeyd edək ki, Rusiyada müasir bədii gimnastika Bədii Gimnastika Federasiyasının prezidenti, milli yığmanın baş məşqçisi, idman aləmində nüfuzlu şəxslərdən olan İrina Viner-Usmanovanın rəhbərliyi ilə inkişaf edir. Onun yetirmələri sırasında 6 Olimpiya medalçısı var. Mərkəz üç yaşından başlayaraq uşaqları qəbul edir. Burada, həmçinin rəqs və xoreoqrafiya dərsləri tədris olunur. 
İrina Viner-Usmanovanın ölkələrimiz arasında idman və ümumilikdə dostluq əlaqələrinin inkişafında xüsusi rolu var. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan və Rusiya arasında idman sahəsində əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə İrina Viner-Usmanova "Dostluq" ordeni ilə təltif edilib. 
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova çay masası arxasında söhbət etdilər. 
Birinci vitse-prezident Mehriban Əliyeva İrina Viner-Usmanovaya gələcək fəaliyyətində yeni-yeni uğurlar arzuladı. 
Sonda Birinci vitse-prezident Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim olundu. 
Mehriban Əliyeva "Lujniki" Olimpiya Kompleksinin Gimnastika Mərkəzində - FOTOMehriban Əliyeva "Lujniki" Olimpiya Kompleksinin Gimnastika Mərkəzində - FOTOMehriban Əliyeva "Lujniki" Olimpiya Kompleksinin Gimnastika Mərkəzində - FOTOMehriban Əliyeva "Lujniki" Olimpiya Kompleksinin Gimnastika Mərkəzində - FOTOMehriban Əliyeva "Lujniki" Olimpiya Kompleksinin Gimnastika Mərkəzində - FOTOMehriban Əliyeva "Lujniki" Olimpiya Kompleksinin Gimnastika Mərkəzində - FOTOMehriban Əliyeva "Lujniki" Olimpiya Kompleksinin Gimnastika Mərkəzində - FOTOMehriban Əliyeva "Lujniki" Olimpiya Kompleksinin Gimnastika Mərkəzində - FOTOMehriban Əliyeva "Lujniki" Olimpiya Kompleksinin Gimnastika Mərkəzində - FOTOMehriban Əliyeva "Lujniki" Olimpiya Kompleksinin Gimnastika Mərkəzində - FOTOMehriban Əliyeva "Lujniki" Olimpiya Kompleksinin Gimnastika Mərkəzində - FOTOMehriban Əliyeva "Lujniki" Olimpiya Kompleksinin Gimnastika Mərkəzində - FOTOMehriban Əliyeva "Lujniki" Olimpiya Kompleksinin Gimnastika Mərkəzində - FOTOMehriban Əliyeva "Lujniki" Olimpiya Kompleksinin Gimnastika Mərkəzində - FOTOMehriban Əliyeva "Lujniki" Olimpiya Kompleksinin Gimnastika Mərkəzində - FOTO

Siyasi       Tarix: 21 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb


yeni xeberler azerbaycan xeberleri son xeberler ən son xəbərlər cəbhədən son dəqiqə son xabar son xeberler azerbaycan